Üzdə çapıq, çat, yara və sızanaqlar
Üzdə çapıq, çat, yara və sızanaqlar
Üzdə çapıq, çat, yara və sızanaqlar
Üzdə çapıq, çat, yara və sızanaqlar

Üzdə çapıq, çat, yara və sızanaqlar

Üzdəki çapıqları necə yox etmək və müalicə etmək olar?

Üzdə ki, çapıq və yara izləri heç də xoşa gəlməyən bir görüntüdür. Buna görə kişilər və qadınlar bundan tez bir zamanda yaxa qurtarmaq istəyirlər. Çox vaxt bu izlər aknedən sonra yaranır, onları dekorativ kosmetik vasitələrlə gizlətmək və ya müalicə üsulunu tapmaq olar.

Çapıqlar – daha öncə derma qatının zədələnməsi zamanı toxumaların birləşməsi nəticəsində yaranır,digər nahiyyələrdən rəngi ilə fərqlənir. Müəyyən vaxt keçdikdən, sızanaqlardan sonra qalmış izlər solur, demək olar ki, hiss olunmur. Əgər bərpa prosesi zamanı problem yaranarsa- patoloji çapıqlar yaranır.

Çapıqların fərqliliyi

Kosmetoloqlar sızanaqlardan sonra yaranmış çapıqları aşağıda ki kimi sıralayırlar:

  • Normotrofik
  • Atrofik ( nahamar və ya dairəvi şəkildə çöküklər)
  • Hipertrofik, artıq toxumaların birləşməsi zamanı yaranır, qırmızı, göyümtül və ya ağ rəngdə olur
  • Keloid, səthdən hündür olur, birləşdirici toxumaların böyüməsi nəticəsində yaranır, bəzən qırmızı rəngdə olur və qaşınır.

Üzdəki çapıqları necə müalicə etmək olar?

Normotrofik çapıqlar,yüngül formaya aiddir. Onlar elastik, dəriylə eyni səviyyədə olur. Demək olar ki, bilinmir, xüsusi müalicə tələb etmir. Bu cür halda üzdəki çapıqları yox etmək üçün, kosmetik və ya aptekdən alınan vasitələrdən istifadə edirlər.

Normotrofik çapıqlardan effektiv və təhlükəsiz şəkildə yaxa qurtarmaq istəyirsinizsə Asthetik Lab klinikasına müraciət edə bilərsiniz. Həkim -kosmetoloq sizə səthi kimyavi pilinq və ya digər üsulları kurs şəkilində təklif edəcək.

Hipertrofik və ya keloid çapıqlarını yox etmək üçün, kombinə olunmuş və ya aparat müalicəsi tədbiq olunur.

  • Kimyavi pilinq - Turşular vasitəsi ilə dərinin zədələnməsi ( süd, solisil, qlikol), dermanın üst qatını qabıqlandırır, təbii regenerasiya baş verir.
    • Dəri örtüyünün tam bərpası üçün 5-10 seans lazım olacaq. Dərinin elastikliyi artır.
  • Lazer cilalamа - Dəriyə lazerlə təsir etmək
    • Mükəmməl və uzun müddətli nəticə, hamar dəri
  • Kollagen iynələri - Preparat çökəyi dolduraraq, atrofik çapığa yeridilir
    • Dərinin nahamarlığını korrektə edir
  • Cərrahi cilalama - Çapıq nahiyyəsində epidermisin üst qatının dərindən mexaniki yox edilməsi

Üzdəki çapıqlardan düzgün şəkildə azad olmaq üçün bir çox faktorları nəzərə alaraq daha yaxşı nəticə üçün optimal müalicə üsulu seçəcək peşakar kosmetoloqa müraciət etmək lazımdır.

Münasib qiymətlər, təcrübəli mütəxəssislər, müasir avadanlıqlar, pasientə individual yanaşma, Asthetik Lab klinikasını daha güvənilir və təhlükəsiz kosmetoloji klinika adını qazandırıb. Qeyri invaziv yolla, aparat üsulu ilə cərrahi müdaxiləsiz keyfiyyətli və effektiv şəkildə çapıqları yox edirik!

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz