RF liftinqi
RF liftinqi
RF liftinqi
RF liftinqi

RF liftinqi

Gözəllik industriyasının cavanlaşdırma üsulları arasında RF-liftinq prosedurası ön sıralardadır. Son zamanlara qədər qocalmanın uzun müddət ləngidən yeganə “cavanlıq iliksiri“ üz və boyunun cərrahi əməliyyatı hesab olunurdu. Bu gün aparat kosmetologiyasında cərrahi alətlərə laiqli bir rəqib hesab olunan Rf liftinqi, üz dərisinin dərin qatına iynəsiz təsir edərək kollagen sintezini stimullaşdıraraq cavanlaşma prosesini hərəkətə keçirir.

Üzün RF liftinqi - bu nədir?

Üzün RF-liftinqi- 4 kHz-dən 300 MHz-dək olan radiotezliyin köməyi ilə aparılan kompleks cavanlaşdırma prosedurudur. Elektromaqnit impulsları, epidermis qatına keçərək, birləşdirici toxumaların köhnə və boşalmış kollagenlərini yığaraq, dərinin “kollagen karkasını” bərpa edir. Proseduranın nəticəsi demək olar ki, dərhal hiss olunur, buna- qan dövranının yaxşılaşması, üz tonusunun və mimiki qırışların korreksiyası daxildir. Bundan əlavə radiodalğalı liftinqin uzun müddətli təsiri var. Aparat kosmetologiyasında nəzərə çarpacaq nəticələri əldə etmək üçün, bir seans bəs etmir. Tam kurs keçmək mütləqdir.

Neçə prosedur RF liftinq lazım olacağı dərinin xüsusiyyətindən asılıdır. Ortalama 10-12 gün ara ilə 8 seansdan ibarət bir neçə kurs lazım olur.

RF liftinqə göstərişlə

25 yaşdan sonra tədricən kollagen və elastin sintezi zəyifləyir, dəri möhkəmliyini və tonusunu itirir, göz ətrafında ilk qırışlar əmələ gəlir. Bununla mübarizədə çoxları liftinq effektli kremlərdən, üz ovalını dartmaq üçün müxtəlif maskalardan və başqa üsullardan istifadə edirlər. Lakin bu cür yanaşma dəridəki ciddi qocalma probleminin həlli deyil.

RF-liftinqə göstərişlər:

  • Qocalmanın profilaktikası.
  • Dərinin turqor və tonusunun zəyifləməsi.
  • Üz ovalının və cizgilərinin korreksiyası.
  • Mimiki qırışlar.
  • Yanaq sallanması və göz altı torbalar.
  • Dərinin fotoqocalması.
    Tez bir müddətdə arıqladıqdan sonra üzün gərilməsi.
  • Çapıq, yaralar və sızanaqlardan sonar.
  • Şişkinliklər, hemotoma və piqment ləkələri.
  • Göstərişdən asılı olaraq, aparat cavanlaşma kursu həkim tərəfindən individual olaran təyin edilir. Buna baxmayaraq əməliyyatsız üz gərmədə yuxarı yaş həddi yoxdur.

Əks göstərişlər

RF liftinq proseduru iynəsiz olmağına baxmayaraq, əks göztərişləri var:

  • Onkologiya
  • Ürək damar xəstəlikləri
  • Kardiostimulyator
  • Epilepsiya
  • İşlənilən nahiyyədə dərinin zədələnməsi
  • İmmun sistemindəki pozğunluq.
  • Hamiləlik və süd vermə

Əməlliyatsız üz liftinqi bu gün reallıqdır. Bu üsul reabitalizasiya və keyitmə tələb etmir, demək olarki yan təsiri yoxdur. RF liftinq prosedurasının qiyməti plastik əməliyyatdan daha ucuzdur. Tam kurs RF prosedurunun davamlığı 2 ilə qədər çəkir, eyni zamanda şərhlər buna sübutdur ki, prosedurdan sonra alınan 10-15 il “cavanlaşma səviyyəsi”, plastik əməliyyatdan sonra alınan nəticə ilə demək olar ki, eynidir.

ÄSTHETIK LAB klinikasında online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq RF liftinq proseduruna elə bu gün yazılaraq edə bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz