İlbiz terapiyası
İlbiz terapiyası
İlbiz terapiyası
İlbiz terapiyası

İlbiz terapiyası

İlbiz terapiyası – üz və bədəndə möcüzə yarada biləcək kosmetik qulluqdur. Günümüzdə bu xidmətə yüksək effektivliyi, ağrısız olmağı və münasib qiymətinə görə yüksək tələbat var. Masaj üçün xüsusi Afrikanın – Ahatin ilbizlərindən istifadə edilir. Bu ilbizlərin faydalı yönlərini çoxdan kəşv etsələr də, tibdə yeni istifadə etməyə başlayıblar.

İlbiz terapiyasının özəllikləri

İlbiz terapiyası – ilbiz masajı deməkdir. İlbizlər bərpa olunacaq nahiyyədə sürünərək faydalı elementlərlə zəngin selik ifraz edir. Prosedur bir neçə mərhələdən ibarətdir.

  • Təmizləmə – ilbizlərə zərər verməmək üçün, təbii, spirtsiz vasitə ilə dəri ilk növbədə kosmetikadan təmizlənir.
  • Ahatin ilbizinin seliyinin dəriyə yaxşı daxil olması üçün üzə buxar verilərək skrablanır.
  • Bərpa olunacaq nahiyyəyə ilbizlərin ən sevdiyi təam sayılan adi süd və ya xiyar suyu çəkilir.
  • Üz və digər nahiyyələrə suyla yuyulmuş ahatin ilbizləri yerləşdirilir.
  • Masaj müddətində kosmetoloq nəzarət edir ki, ilbizlər eyni yerdə çox qalmasınlar.
  • Daha effektli ilbiz terapiyası üçün, ilbizlərə yaxşı qulluq olunmalıdır və qidalanmalıdırlar.
  • Prosedur müddəti 15 dəqiqəyə qədərdir.
  • İlbizləri götürdükdən sonra selik üzdə daha 10 dəqiqə qalmalıdır.
  • Bu muddət ərzində dərinin derma qatına hoparaq daha gözəl nəticə verir.
  • Dərini selikdən təmizlənərək nəmləndirici krem çəkilir.

İlbiz seliyi nə ilə faydalıdır?

Ahatin ilbizlərinin seliyi aşağıda sadalananlarla zəngindir:

  • Elastin, kollagen.
  • Proteaza, xitozan.
  • Qlikol turşusu.
  • Allantoin.
  • А, В, С, Е vitaminləri
  • Bakteriofaqlar
  • Təbii günəş filtri.

Üz və ya bədəndə sürünərək ilbizlər cavanlaşdırıcı və sağlamlığa faydalı selik ifraz edirlər. Necə deyərlər konservantsız tam təbii maddələr. Ahatin ilbizləri hipoallergikdirlər.

İlbiz terapiya kusrunun nəticələri

  • Cavanlaşdırıcı təsiri– qırışları açır, dəri turqorunu artırır, üz ovalının korreksiyası, uzun müddətli liftinq effekti.
  • Ağardıcı – ləkələr və çillərin yox edilməsi.
  • Bərpa – aknedən yaranmış izləri, xırda çapıq və çatları sağaldır.
  • Qoruma – antioksidantlar ultrabənövşəyi şüadan və radikallardan qoruyur.
  • Təmizləmə – pilinq effekti, hətda həssas dəriyə uyğundur.

İlbiz terapiyası cavan dəriylə yanaşı solğun yaşlanmış dəriyə də uyğundur, hər növ estetik deformasiya ilə mübarizə aparır. Şərhlərdən ahatin ilbizinin seliyinin dəriyə nə qədər faydalı olduğu, yan təsirinin olmadığı görünür.

Əks göstərişlər

  • Qorxu və ya irgənmə - əgər pasient ilbizlərə qarşı neqativdirsə daha yaxşı olar ki, başqa üsuldan istifadə olunsun.
  • Xırda damar ulduzcuqları – ahatin ilbizinin seliyinin tərkibində dermada qan dövranını aktivləşdirən maddələr var, və buda xırda damar ulduzcuqlarının yaranmasına səbəb ola bilər.
  • Yaralar, irinli iltihablar – dəri qatının yoluxmaması üçün.

ÄSTHETIK LAB klinikasında münasib qiymətə ilbiz və ya digər terapiyalardan keçmək mümkündür. Əgər sizin hər hansı bir sualınız varsa online və ya +994 (555)-12-90-90 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz