Mayeqaz pilinqi
Mayeqaz pilinqi
Mayeqaz pilinqi
Mayeqaz pilinqi

Mayeqaz pilinqi

Mayeqaz pilinqi- sıxlaşdırılmız qazın və mayenin təsiri ilə dərinin üst təbəqəsinin təmizlənməsinə yönəlik aparat prosedurudur. Prosedur İsrail aparatı olan JetPeel-in köməyi ilə aparılır.

Oksigen və karbon qazının 200/300 m/s 8 atmosfer təyiqlə dəriyə təsir edərək həyata keçirilir. Təsir dərinliyi cihazla tənzimlənir, və nəticədə epidermis qatının ən həssas və çətin nahiyyələrini belə təmizləmək mümkündür.

Mayeqaz pilinqinin özəllikləri

Derma qatını təmizləmək üçün natrium xloriddən, cavanlaşdırma və bərpası üçün isə vitamin, kollagen və gialuron tərkibli duru vasitələrdən istifadə olunur. Müalicəvi kokteyl dərinin dərin qatına daxıl olur. Təzyiq isə əlavə masaj effekti verir.

Dəri tipini, yaş və estetik deformasiyanı nəzərə alaraq həkim-kosmetoloq tərəfindən dərinlik və prosedur müddəti təyin edir.

Terapiya kursu 7-10 gün ara ilə 5-10 prosedur təşkil edir.

Prosedura göstəriş

  • Solğun və elastikliyini itirmiş dəri.
  • Sallanma üz ovalının dəyişilməsi.
  • Həddindən artıq ləkələr və çillər.
  • Göz ətrafı qaralmalar və torbalar.
  • Akne və aknedən sonar müalicə.
  • Xırda yaralar, çapıqlar və çatlar.
  • Qalın piy qatı, selülit.

Maye qaz pilinqi yaşla əlaqəli dəyişikliklərə kömək edir. Kurs müalicədən sonra, mimiki qırışlar yox olur, dərin qırışlar səthiləşir. Üz ovalı yığılır, buxaq aradan qaldırılır. Estetik defektlər daha az bilinir və ya tamami ilə yox olur. Dəri daha sağlam və hamar görünüş alır. ÄSTHETIK LAB klinikasının pasientləri yalnız müstəb rəylər söyləyirlər.

Əks göstərişlər

  • Üzdə irinli səpkilər.
  • Herpes, psoriaz, dermatit.
  • Dəridə yara və çatlar.
  • Ürək damar xəstəlikləri.
  • Burun-boğaz xəstəlikləri.
  • İnfeksiya, dərinin yüksək hərarəti.
  • Onkologiya.
  • Psixoloji narahatçılıq.
  • Hamiləlik, süd vermə, aybaşı.

Maye qaz pilinqinin üstünlükləri

  • Prosedurun ağrısız olması.
  • Prosedur müddəti 10-15 dəqiqədir.
  • İlk prosedurdan gözlə görünən nəticə.
  • İlin hər fəsilində etmək mümkündür.
  • Dəriyə təmas etmədən 100%-li gigiyena.

Maye qaz pilinqi-dərini cavanlaşdırma və təmizləmə üsuludur. Bu prosedur daha çətin olan lazer pilinqi və ya mexaniki cilalanmaya ön hazırlıq mərhələsi ola bilər.

Sualınız qaldı? Sizi JetPeel-in qiyməti maraqlandırır? Maye qaz pilinqi və ya digər proseurlara yazılmaq istəyirsiniz? Online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz