Mikronidlinq
Mikronidlinq
Mikronidlinq
Mikronidlinq

Mikronidlinq

Mikronidlinq – iynəli mezoterapiyasına alternativ bir üsuldur. Ən əsas fərq odur ki, müalicəvi kokteyl əl ilə yox, mezoreller vasitəsi ilə dəridə yaranmış mikrotravmalar sayəsində dəriyə daxil olur.

Mikronidlinq prosedurasının özəllikləri

Mikronidlinq prosedurası cavanlaşdırma ilə yanaşı həmçinin dəridəki estetik deformasiyaları, ləkələri, çapıqları, post akne və çatları aradan qaldırmaq üçün də istifadə olunur. Mezoroller müalicəvi tərkibin daha dərinə daxil olmağını təmin edir.

Mezorollerlə edilən mikrotravmalar epidermis qatının təbii mübadilə prosesini aktivləşdirir, proteinlərin aktiv ifrazını stimullaşdırır. Və bunun nəticəsində dəri elastikliyi artır, qırışlar, gözlə görünən dəri problemləri azalır. Tam prosedur kursundan sonra isə tamami ilə yox ola bilər.

İynələrin sayəsində mezokokteyl dəri qatına tez və bərabər səviyyədə daxil olduğu üçün, digər aparat prosedurundan nisbətən daha effektli nəticə verir. Bundan əlavə microneedlling daha az ağrılıdır və uzun müddətli reabilitasiya dövrü tələb etmir. Yüngül şişkinlik və qızartı 1-2 günə keçir.

Mikronidlinq göstərişləri

  • Həddindən artıq quru dəri. 
  • Həddindən artıq yağlı dəri.
  • Çatlar, yanıq izləri, çapıqlar.
  • Sallaq dəri.
  • Üzün boz rəngdə olmağı.
  • Qırışlar, qazayağı qırışlar.
  • Dəri möhkəmliyinin itirilməsi.
  • Ləkələr.
  • Geniş məsamələr, qara nöqtələr.
  • Akne və post akne.
  • Selülit.

Dəri tipini və problemini nəzərə alaraq, həkim-kosmetoloq müalicəvi kokteyl təyin edir.

Mikro nidlinq əks göstərişlər

  • İnfeksion dəri xəstəlikləri. 
  • Onkologiya
  • Herpes, psoriazın aktiv forması.
  • Hamiləlik, süd vermə, aybaşı.
  • Qanın çətin laxtalanması.
  • İrinli səpkilər, xırda damar ulduzcuqları.
  • Üzdə xalların çox olması.
  • Diabet.

Ev şəraitində mezorollerdən istifadə etmək məsləhət deyil. Belə ki, prosedur steril şəraitdə və mütəxəssis tərəfindən həyata keçirilməlidir.

Mikronidlinq hakkında kosmetoloq və pasient şərhləri

Pasientlər Mikronidlinq prosedurunun digər klassik üsuldan daha az ağrılı olduğunu, prosedur zamanı diskomfort hissinin çox olmadığını söyləyirlər. Dəridə qanama ola bilər lakin mikrotravmalar tez bir müddətdə sağalır. Və bir neçə gündən sonra izi belə qalmır.

Kosmetoloqlar mezoroller ilə aparılan mezoterapiyanı daha rahat və tez olduğunu söyləyirlər. İynələrin batma dərinliyini rollerə yüngül basmaqla tənzimləmək olar. Gialuron turşusu dərinin dərin qatına tez bir zamanda hopur, və artıq prosedur sonunda nəticəni görmək mümkündür.

Klinikamızda üz, saç və bədəniniz üçün Mikronidlinq prosedurunu online və ay +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz