Sarı pilinq
Sarı pilinq
Sarı pilinq
Sarı pilinq

Sarı pilinq

Sarı pilinq – retin turşusu vasitəsi ilə üz dərisinin cilalanmasıdır, sadə desək retinoid, yəni A vitamini. Bununla yanaşı istehsal adı da var – retinli. Bu prosedur 30-35 yaşdan sonra edilir.

Sarı pilinqin özəllikləri

Müalicəvi maskanın tərkibinə dərinin cavanlaşmasına, qorumasına və nəmləndirməsinə cavabdeh olan retindən əlavə digər aktiv maddələr də daxildir.

  • Koya turşusu - Ölü təbəqədən təmizləmə.
  • Fitin turşusu - Toxumaların regenirasiyası, iltihab əleyhinə təsir.
  • Karbon turşusu - Piy ifrazını tənzimləyir, həddindən artıq ləkələnmədən qoruyur.
  • Askorbin turşusu - Dəri səthini hamarlaşdırır, tonlaşdırır, təbii solğunluğun qarşısını alır.
  • Е vitamini - Kollagen ifrazını aktivləşdirir, regenirasiyanı stimullaşdırır, ağardır.

Sarı pilinqinin təsiri – dərini ölü hüceyrələrdən təmizləyir, piy toxumalarının funksiyasını bərpa edir, epidermisin elastikliyini və bərkliyini artırır, qırışları açır, dəriyə sağlam görünüşünü qaytarır.

Prosedurun bir sıra özəllikləri var: Birincisi retin turşusunu 12 saat saxlamaq lazımdır. Yəni, üzə çəkildikdən sonra pasient pilinqi evdə yuyur. Bərpa müddəti bir həftə çəkir. Oktyabrdan aprel ayına qədər müddətdə etmək məsləhətdir.

Retin üz təmizləməsinin növləri

  • Təbii tərkib əsaslıdır- təbii retindən istifadə olunur, bu cür cilalama yüngül səthi təsiri olduğundan mütəmadi tədbiq oluna bilər. Hətda evdə belə etmək olar.
  • Sintetik tərkibli- sintetik yolla əldə edilir. Epidermis və dermaya təsir edir. İldə 2 dəfədən artıq etmək olmaz. Kurs, 2 həftə ara olmaqla 2-3 dəfədən ibarətdir.

Bir və iki günlük pilinq

  • 1 gunə-maska 8-12 saatlıq üzə çəkilir. Klinikada üzə çəkildikdən sonra maska evdə yuyulur.
  • 2 günə –maska 2 saatlıq çəkilir, və səhəri gün təkrarlanır.

Səthi təmizləmə üçün çəkilən maska 20 dəqiqədən sonra yuyulur. Daha dərin təsir üçün vaxtı uzaltmaq lazımdır. Və müvafiq olaraq fərqli tərkibli müalicəvi kokteyllərdən istifadə olunur.

Sarı pillinq göstəriciləri

  • Solğun dəri.
  • Nahamar dəri relyefi.
  • Ləkələr, çillər.
  • Xırda qırışlar.
  • Akne izləri, çapıq və çatlar.

Əgər sarı pilinq kursundan əvvəl və sonra ki, şəkillərə baxsanız nəticəni o dəqiqə hiss edəcəksiniz. Üz ovalı yığılır, dəri relyefi hamarlaşır, sağlam olur.

Sarı pilinq əks göstəriciləri

  • А vitamininə qarşı allergiya.
  • Dəridə cızıq və yaralar.
  • Yüskək dərəcədə dermatit, herpes, psoriaz.
  • Antibiotik qəbulu.
  • Ciyər və damar xəstəlikləri.
  • Həddindən artıq həssas dəri.
  • Hamiləlik, süd vermə.

Yalnız yüngül yanma və iynəli hiss olur, buda pasientlərin sözünə görə bir neçə dəqiqədən keçir. Nəticə həmin dəqiqə hiss olunmur. Orta dərəcəli pilinqdən sonra dəriyə yaxşı qulluq etmək və kosmetoloqun məsləhətlərinə əməl etmək vacibdir.

Sarı pillinq prosedurun qiyməti sizə maraqlıdır? Prosedura yazılmaq istəyirsiniz? Bütün suallarınızı verə bilərsiniz.

ÄSTHETIK LAB klinikasında sarı pilinqi artıq bu gün edə bilərsiniz. Online və ya +994(555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz