Kosmetologiya. Hansı problemləri həll edir?

11 İyun 2023
Kosmetologiya. Hansı problemləri həll edir?

Bakıda kosmetologiya – ÄSTHETİK LAB

Hər bir qadın – gözəl, baxımlı və cavan olmaq istəyir. Üz kosmetologiyası qadınlara vaxtından əvvəl qocalmaynan, estetik qüsurlarnan effektiv mübarizə aparmağa kömək edir.

Üz kosmetologiyası hansı problemləri həll edi?

Aparat və iynəli prosedurlar, üz və bədənin sağlamlığına, cavanlaşmasına yönəlik üsuldur. Müasir yöntəmlərdən istifadə edərək yetərincə tez bir zamanda ən müxtəlif problemləri həll etmək olar.

Məsələn:

  • Dəridəki yağlılıq və ya quruluq;
  • Akne,qara nöqtələr,sızanaqlar;
  • Dermanın nahamar strukturu;
  • Ləkələr, çillər;
  • Çapıq, postakne, çatlar, yanıq izləri;
  • Sallaq dəri, konturun itirilməsi;
  • Mimiki qırışlar, dərin izlər;
  • Göz altı şişkinlik və qaralmalar;
  • Piy qatı,selülit;
  • Solğun üz rəngi.

Problemin həllində doğru kosmetoloji yöntəm seçərək, demək olar ki, qısa zamanda və uzun müddətli istənilən problemi həll etmək mümkündür.

Kosmetoloq kimdir?

Həkim-kosmetoloq – ali tibbi təhsili və dermatoveneroloqdur. Bununla yanaşı kosmetoloqun işləyəcəyi hər bir prosedur, preparatlar, kosmetik məhsullar haqqında öyrəndiyi və bildiyini təstiqləyən sertifikat və diplomu olmalıdır.

Kosmetoloji vakansiyalarda adətən diplom və xüsusi- kadaber kursu keçilməsi nəzərə alınır. Daha sadə desək, ölülər üzərində keçilmiş praktika.

Bakıda ixtisaslaşmış kosmetoloq- üz və bədən anatomiyasını dəqiqliklə bilən, aparatlarla, dermada fillerlə necə işləmək lazım olduğunu bilən həkimdir.

Aşağıdaki xüsusiyyətlərlə təcrübəli kosmetoloqu bilmək olar:

  • Lazım olan bütün sertifikat və diplomlarının olması;
  • Mütəmadi olaraq öz ixtisasını inkişaf etdirir;
  • Düzgün anamnez toplayır, hətda sadə üz təmizləməsi proseduru öncəsi;
  • Yan təsirlər və ağırlaşma olan zaman düzgün işləyə bilir;
  • Dəridki problemləri kompleks şəkilində həll eldir, lazımsız xidmətləri təklif etmir
  • RF prosedurunda yalnız sertifikatlaşmış preparatlardan istifadə edir;
  • Ciddi steril şəraitdə işləyir.
  • Kosmetoloq işi estetik zövq tələb edir. Həkim hər zaman əlaqdə və dialoqda olmalıdır.

Estetik kosmetologiya

Estetik kosmetologiya – cərrahi müdaxiləsiz müalicəyə, təmizləməyə, sağlamlaşdırmağa, cavanlaşdırmağa və üzdəki estetik qüsurları aradan qaldırmağa yönəlik üsuldur. Kompleks şəkildə dərman preparatlarını, qidalandırıcı kokteylləri, məlhəmləri özündə birləşdirir.

Estetik üsula aiddir:

  • Kontur plastikası;
  • Mezoterapiyası;
  • Permanet makiyaj.

Prosedur seçərkən həkimin müalicəvi kokteyllər haqqında söylədiklərini nəzərə almaq lazımdır. Dəri tipindən və problemindən asılı olaraq həkim müalicə kursunu təyin edir. İynəli preparatların yeridilməsinin mənfi tərəfi- bir neçə gün bərpa dövrünün tələb etməsidir.

Aparat kosmetologiyası

Aparat kosmetologiyası özündə derma qatını yaxşılaşdıracaq, gözlə görünən qüsurları maksimal dərəcdə tez, ağrısız, uzun müddətli bərpa dövrü tələb etməyən müasir kosmetoloji üsulları birləşdirir.

Aparat prosedurlarının bir neçə növü var: ultrasəs, radiodalğalı, elektrik, lazer, işıq, mayeqaz, masaj.

Kosmetoloji klinikada üzün neomasajından, fraksion lazer cavanlaşdırmadan, üzün ultrasəs pilinqindən, lazer epilyasiyasından başlama hər bir xidmətdən istifadə edə bilərsiniz.

ÄSTHETIK LAB klinikasında ki, müasir kosmetologiya, plastik əməliyyata alternativ üsuldur. Xüsusi seçilmiş preparatların köməyi və aparat üsulları ilə demək olar ki, bütün görünən qüsurları, cavanlığı və yaşlanmanın əlamətlərini aradan qaldırmaq olar.

Saytımızda pilinq və liftinq prosedurundan öncə və sonra çəkilmiş şəkilləri,kosmetoloqların şərhlərini, xidmət və qiymətləri görə bilərsiniz. Hər bir sualınızı sevərək cavablandıracayıq.

ÄSTHETIK LAB klinikasında üz dərisinin diaqnostikasını tamami ilə pulsuz keçə bilərsiniz. Online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.