Aparat kosmetologiyası: yalnış fikirlərə qalib gəlirik

26 Fevral 2023
Aparat kosmetologiyası: yalnış fikirlərə qalib gəlirik

Xarici görünüş – hər bir insanın imicini formalaşdıran əsas amillərdən biridir.

Xöşbəxtlikdən müasir dövrümüzdə yaşımızdan asılı olmayaraq gənc və gözəl görünmək elədə çətin deyil. Günümüzdə yaşımızdan asılı olmayaraq ideal görünüş əldə etmək üçün çox saylı kosmetoloji və tibbi estetik prosedurları var. Gözəl görünmək istəyi yüksək olsada, müəyyən müdaxilələrdən sonraki sağalma müddətinə elədə vaxt yoxdur. Məhs elə buna görədə günümüzdə estetik tibbdə aparat kosmetologiyasına yüksək tələbat var.

Son ilin müasir elmi gözəllik sayəsində saysız ixtiralar edərək, dünyaya unikal : SMAS-lifting Ulthera System, Zeltinq kriolipolizi, və Fraxel fraksiyalı fototermolizi hədiyyə edib. Xarici görünüşümüzdəki hər problemi aparat prosedurları ilə həll etmək mümkündür: səpki və aknelər, qərəşlar, ləkələnmələr, artıq çəki, doğuş sonrası çatlar və selülitlər. Bununla yanaşı bütün prosedurlar demək olar ki, tam ağrısız və minimum vaxtda yüksək nəticə verir. Bütün bu aparat prosedurlarının müsbət nəticəsi və istifadə edənlərin müsbət rəylərinə baxmayaraq, yeni olan hər şeyin rəqibləri var, və mütləq deyilki, narazılıqlarını bildirmək üçün bu aparatların hər birini istifadə etsinlər. Necə deyərlər ” Dünya şayələrlə doludur”.

Məsələn, günümüzdə mediada kosmetoloji prosedurlar və aparat texnologiyası hakkında çox saylı mənfi fikirlər danışılır. Onuda yadda saxlamaq lazımdır ki, kosmetologiya bir çox fərqli üsulları özündə cəmləşdirən nəhəng elimdir.

Məlumatsız olmamaq və heç bir əsası olmadan aparat prosedurlarını “qara siyahıya” salmazdan əvvəl, bunu etmək üçün səbəbin olub-olmadığını aydınlaşdıraq.

Aparat kosmetologiyası sağlamlığa zərərsiz deyil

Öncə onu qeyd etmək lazımdır ki, aparat prosedurları insan orqanizminə fiziki faktorlarla təsir edir: lazer şüası, elektrik cərəyan, elektromaqnit sahəsi, vakum və ultrasəslə. Sadalanan üsülların insan orqanizminə olan təsiri çoxdan araşdırılıb və müxtəlif tibbi istiqamətlərdə istifadə olunur. Aparat kosmetologiyası yeni sahə olmağına baxmayaraq, dermotoloji, mikrobioloji, kimyavi, bioloji, dietoloji və digər tibbi sahələri özündə cəmləşdirib. Həmçinin aparat insan orqanizminin fizioloji ritminə uyğun olaraq tənzimlənib və bu o deməkdir ki, orqanizmə heç bir zərərli təsiri yoxdur.

Məsələn, okeanın o tayında Birləşmiş Ştatların Harvard labaratoriyasında sınaqdan keçən, Ulthera System ultrasəs SMAS-liftingi bütün dünyada məhşurdur. Tibb aparatlarının təhlükəsizliyinə nəzarət edən, dünyanın ən öndə gedən təşkilatı olan FDA tərəfindən SMAS- lifting aparatının təhlukəsizliyi və effektliyi təstiqlənmişdir. Həmçinin məhşur Fraxel-lazer aparatı FDA tərəfindən tibbi istifadədə bir dəfəyə 8 təstiq alaraq, ilk dəfə periorbital qırışların müalicəsində istifadə olunur.

Plastik əməliyyat və iynə üsullarından müqaisədə aparat üsüllarının effektdi azdır.

Günümüzdə aparat prosedurlarının effektliyi keçirilmiş təcrübələrlə sübut olunmuşdur və bunun ən parlaq göstəricisi pasient razılığıdır. Bundan əlavə aparatların əməliyyat və iynə üsüllarından müsbət fərqi: narkoz tələb olunmur, kəsik və infeksiya riski yoxdur, capıq olmur. Aparat texnologiyası sayəsində, dərini zədələmədən dərinin dərin qatına aktiv maddələrin yeridilməsi, tük fallikullarına və melnin sintezinə, piy yığılmasının azalmasına mümkün oldu. Fizioloji faktoruda nəzərə almaq lazımdır ki, prosedurlardan əldə olunan nəticə və effekt pasientin individual xüsusiyyətlərindən asılıdır. Şüphəsiz piylənmədən əziyyət çəkən birindən fərqli olaraq, piylənməsi daha az olan, bədən korreksiyası prosedurundan daha tez nəticə əldə edəcək. Və buna görədə pasientə aparat prosedurunun effektliyi hakkında mənfi fikirlərin yaranmaması üçün həkimlərin onlara nəticəni əldə edəcəyi müddətlə yanaşı dürüst proqnoz qoyulmalıdır. Çünki düzgün seçilmiş üsul nəinki effektli təsir göstərir, həmçinin dərinin dərin qatına təsir edərək bir çox estetik problemlərin həllinədə kömək edir.

Aparat koemstologiyasının əks göstərişləri çoxdur və buna görə də pasient kütləsi azdır

Sözsüz ki, aparat prosedurlarının istifadəsində müəyyən sərhədlər var. Lakin əmin olun ki, günümüzdə adi təmizləmə və bürünmə prosedurlarının belə əks göstərişləri var. Aparat prosedurlarına qadağa: ürək-damar xəstəlikləri, endokrinoloji xəstəliklər, bədxassəli şişlər, hamiləlik, süd vermə, yüksək hərarət. Və ən əsası sağlamlığınızı və xarici görünüşünüzü yüksək ixtisaslı mütəxəsislərə əmanət edin. Təcrübəli həkim, pasientdə müxtəlif müşahidələr aparıb müəyyən anamnez toplayaraq ona zərər verməyəcək, əksinə faydalı olacaq prosedur məsləhət görəcək.

Aparat prosedurları yalnız müəyyən yaş həddində istifadə olunur

Əslində aparat prosedurlarının istifadəsində yaş həddi genişdir: 18 yaşdan 60 yaşa qədər. Aparat prosedurları daha çox cavanlaşmaya yönəlik olduğundan pasientlərin çoxusu orta yaşlıdır. Qabaqcıl texnologiya hər yaşa uyğun effektli metodikalar təqdim edir.

Gözlə görüləcək nəticəni əldə etmək üçün uzun müddətli və çox saylı seanslar lazımdır

Bu doğru deyil! Aparat texnologiyası mütəmadi olaraq yenilənir, və qısa müddətdə müalicənin nəticəsini görmək mükündür. Və əlbətdəki pasientin fiziki özəlliyinin nəticəyə təsiri var. Birində müsbət nəticə ilk seansdan hiss olunursa digərində isə bir neçə seansdan sonra hiss olunur. Gəlin razılaşaq ki, hətdə plastik cərrahiyyə əməliyyatından sonra belə dəyişikliyi həmin anda görməm mümkün deyil. Hər cərrahi əməliyyatdan sonra bərpa və reabilitasiya üçün 2 həftədən 1 aya qədər vaxt lazımdır.

Əvvəl - Sonra -  Saxtalıqlardan uzaq olun!

Artıq bu fərziyyə yox faktdır! Yüksək keyfiyyət və gözəl nəticə, saxtakarların aparat prosedurlarına etibar edən insanlardan istifadə edərək qazanc mənbəyinə çevirib və bunun sayəsində məhşur kosmetoloji aparatların ucuz novləri yaranmağa başlanıb. Məsələn Ukrayna və Rusiyada koreya istehsalı Ulthera System aparatına rast gəlmək olar, təbii ki, nəticə və keyfiyyət müqaisə olunmazdır. Təbii ki. Bu cür saxta aparatlar nəinki arzu olunan nəticəni verməyəcək hətda sağlamlığınıza zərər verəcək.

Son zamanlarda Fraxel fraksiyalı fototermoliz proseduru çox məhşurdur. Çox vaxt bu prosedura lazer cilalanma deyilir, lakin bu yalnışdır. Lazer cilalanmasında karbon qazi (CO2) istifadə olunur, hansı ki, hissə-hissə və ya bütövlüklə dərinin üst qatını yandırır. Sağalması uzun müddət çəkir. Fraxel lazeri dəriyə zədə vermədən yalnız dərinin mikrohissələrinə təsir edir. Bu gun artıq bütün dünya Fraxel aparatında yüksək təcrübə toplayıb “Nucu Cosmetik” klinikası daxil olmaqla bir çox klinikalar Fraxel aparatının üçüncü nəsili olan DUAL aparatından istifadə edir. Bu model effektliyi ilə digər”travmatik” aparatlardan fərqlənir. Prosedur demək olar ki, tam agrısızdır, fraksiyalı lazerin təsiri ciddi dozalaşdırılıb və bərpa olunma müddəti minimaldır.

Lakin diqqətli olun! Fraxel store DUAL aparatı adı altında “vicdansız” sahibkarlar köhnə, ağrılı və elədə effekti olmayan hətda saxta Fraxel aparatından istifadə edirlər. Və nəticədə prosedur hakda mənfi düşüncə yaranır, aldanmış pasientlər isə ən yaxşı halda narazı qalırlar. Ən pis halda isə bu cür Fraxel “cavanlaşma” prosedurundan sonra qalan izlər uzun müddətli olur. Bu cür aldanma halları ilə rastlaşmamaq üçün sizi maraqlandıran kosmetoloji və tibbi aparatların rəsmi distribüterlərindən sizə təqdim olunan aparatın originallığı ilə bağlı maraqlana bilərsiniz. Gördüyünüz kimi aparat kosmetologiyasına olan neqaiv baxış əsassızdır və bir çox qorxular uydurma və şaiyədir. Aparat texnologiyasının təsiri həqiqətən yaşla və estetik problemlərlə bağlı mübarizəyə və yüksək üstünlüklərinə görə pasientlər arasında böyük təlabat var. Ama əsas şərt isə, aparat texnologiyası yalnız pörofessional həkim-kosmetoloq nəzarəti altında və ancaq yüksək səviyyəli klinika şəraitinda aparılan zaman öz müsbət təsirini göstərir və tam təhlükəsiz sayılır.