Kombinə olunmuş dəri. Necə qulluq olunmalıdır?

09 May 2023
Kombinə olunmuş dəri. Necə qulluq olunmalıdır?
  • Т nahiyyəsi alın, burun və buxaq) yağlanır, bununla yanaşı yanaqlarda dəri normaldır.
  • Məsamələr biraz genişlənmiş, tıxanmaya və qara nöqtələrə meyillidir.
  • Kombinə olunmuş dərini qurutsaq, T nahiyyəsi daha çox yağlanmağa başlayacaq, yanaq və ağız ətrafı isə quruyub qabıqlanacaq.
  • Sərt yuyucu vasitələri və ya spirt dərini qurudub gərə bilər (bu zaman vasitəni dəyişmək lazımdır).
  • Kombinə olunmuş dəriyə necə qulluq olunmalıdır?
  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  • Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Kombinə olunmuş dəriyə qulluq

Makiyaj təmizləmə
Miselyar su, hidrofil yağı(məsamələri tıxaya bilər).

Yumaq (səhər axşam)
Yüngül gel və ya neytral ph köpüyü yaxşı olardı.

Tonik
(yuduqdan sonra səhər, axşam)
Tonik spirtsiz olmalıdır və ya az miqdarda solisil spirti tərkibli olar( sızanaqlar varsa) və ya amin turşulu

Kremlər
(yuduqdan və tonlaşdırdıqdan sonra)

  • Nəmləndirici krem — səhər-axşam;
  • Ehtiyac olarsa səhər-axşam göz ətrafı kremi. Çölə çıxmazdan öncə günəşdən qoruyucu krem.
  • T nahiyyəsi yağlı olmağına baxmayaraq,quru hissələr varsa fərqli kremlərdən istifadə olunmalıdır— T nahiyyəyə yüngül gel və ya flüid, quru hissələrə isə qidalandırıcı.

Zərdablar
(Hər gün fasilələrlə səhər axşam):

  • turşu və C,A vitaminləri tərkibli;
  • Kremdən ÖNCƏ çəkmək.

Təmizləyici maskalar ( həftədə 1 dəfə):

  • Gil, plyonka, qızışdırıcı maskalar və s.
  • Sonra — nəmləndirici krem

Nəmləndirici maskalar (həftədə 1-2 dəfə )

Multimaska sistemini tədbiq etmək olar:

  • Yağlı nahiyyəyə təmizləyici, quru nahiyyəyə isə nəmləndirici.
  • Skrab yerinə həftədə 1-2 dəfə pilinq.
  • Ehtiyac varsa sızanaq əleyhinə krem — axşam lokal şəkildə.

Qaçının

  • Spirt tərkibli kosmetik vasitələrdən;
  • Skrablardan;
  • Yağlardan (məsamələri tıxayır);
  • Sabun.

Kombinə olunmuş dəri üçün arzu olunandır

  • Hialuron turşusu, meyvəli, qlikol, solisil, südlü turşular ;
  • Qliserin;
  • Antioksidantlar
  • ( Е və С vitaminləri);
  • Sink və gil (yağlı nahiyələrə);
  • Pantenol;
  • Retinol;
  • Aloe vera;
  • yaşıl çay, çobanyastığı,kalendula, jasmin ekstraktı,jenşen, limon, qızıl gül ekstraktları;
  • Çay ağacının yağı.