Termaj
Termaj
Termaj
Termaj

Termaj

Termaj – üz və bədən dərisinin cavanlaşmasına, dərinin dartılmasına və qırışların aradan qaldırılmasına yönəlik kosmetoloji aparat prosedurasıdır. Prosedurun uzun müddətli təsiri var, yəni yeni kollagen sintezi 3-6 aya qədər davam edir. Termaj kursundan sonra nəticə təxmini 6-12 aya qədər davam edir.

Termaj terapiyası – üz dərisinin cərrahi əməliyyatına müasir alternativ bir üsuldur.

Prosedur, radiotezlik enerjisinin epidermis qatının toxumalarına təsiri əsaslıdır. Bu üsulla dərinin daxili toxumaları isinərək, kollagen və elastin ifrazını artırır, mübadilə prosesini aktivləşdirir, limfa düyünlərinin şişkinliklərini stimullaşdırır.

Termaj prosedurasının üstünlükləri

  • Cərrahi müdaxilənin olmaması
  • Prosedurun ağrısız olması
  • Uzun müddətli bərpa dövrünün olmaması
  • Termaj müddəti 35-40 dəqiqədir

Yeganə mənfi tərəfi, müəyyən xəstəliklərə əks göstəriş olmasıdır, lakin bu xəstəliklər demək olar ki, bir çox cavanlaşdırıcı aparat proseduralarına da aiddir.

Əks göstərişlər

  • Hamiləlik, süd vermə, aybaşı zamanı
  • Onkoloji və infeksion xəstəliklər
  • Herpesin, dermatit və psoriazın aktiv forması
  • İrinli səpkilər, yanıq
  • Ürək damar xəstəlikləri
  • Psixoloji narahatçılıq
  • Diabet

Aparat kosmetologiyası ucuz olamsada, lakin möcüzələr yardır. Nəticəni görmək üçün bir seans termaj prosedurası yetərlidir.

Nəticə?

  • Dəri dartılır, üz ovalı daha dəqiq olur
  • Xırda qırışlar yox olur, dərin qırışlar səthiləşir
  • Dəri daha möhkəm və elastik olur
  • Sağlam dəri rəngi
  • Piy qatının azalması
  • Dəri örtüyünün daha hamar olması

Termaj xüsusi ThermaCool cihazı ilə həyata keçirilir. Fərqli başlılardan istifadə edərək müxtəlif, hətda çətin prosedur olunan nahiyyələrdə tədbiq etmək olar: göz, ağız-burun qırışları, dodaq ətrafı və s.

Prosedurdan sonra müşahidə oluna bilər:

  • Yüngül qızartı
  • Şişkinlik
  • Qabıqlanma

Bütün bunlar prosedurdan 2-3 gün sonra keçib gedir. Dekorativ kosmetikadan istifadə etmək olmaz. Prosedurdan sonra dərini bir həfdə ərzində yaxşı nəmləndirmək lazımdır. Bir həftə hamama, saunaya, idman zalına, solyariuma getməkdən çəkinmək lazımdır.

Mütləq bilmək vacibdir ki, termaj zamani dəri 60 dərəcəyə qədər isinir və xüsusi soyuq gelin sayəsində yanıq izi olmur.

Əks halda deməli prosedur qeyri peşakar tərəfindən aparılıb və texnologiyadan səhv istifadə olunub.

Hansı daha yaxşıdır, Termaj, Rf liftinqi və ya SMAS-liftinqi?

Müştərilərimiz tez-tez bizdən hansı prossedurun daha yaxşı olduğunu soruşurlar. Bir mənalı şəkildə hansı prosedurun daha yaxşı olduğunu demək mümkün deyil. Bir qayda olaraq bunu klinikamızın mütəxəssisləri, dərinin imdividual özəlliklərini nəzərə alaraq təyin edə bilər.

ÄSTHETIK LAB apparat klinikası, sizə termaj və digər əməliyyatsız üz gərmə proseduralarını təklif edir.

Online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz