Krio terapiyası – ümumi sağlamlığa və cavanlaşmaya yönəlik, üz dərisindəki qüsurları aradan qaldıran cərrahi müdaxiləsiz kosmetoloji aparat prosedurudur. Tədbiq üsulu- soyuqla müalicədir.
Krio terapiyası (soyuqla dərinin müalicəsi) təyinatdan və istifadə olunacaq cihazdan asılı olaraq fərqli olur.
Xoşa gəlməz nəticələrdən uzaq olmaq üçün, bütün krio terapiya prosedurları mütəxəssislər tərəfindən həyata keçirilir. Bundan əlavə soyuq hava ilə müalicənin bir sıra ciddi əks göstərişləri var.
Soyuq prosedura başlamazdan əvvəl həkim, analiz edərək prosedura olan əks göstərişləri nəzərə almalıdır.
Bir qayda olaraq krioterapiyasından sonra üzdə yüngül qızartı olur və şişkinlik ola bilər.
Bütün əlamətlər 2-3 gün ərzində keçir.
Əks halda mütəxəssisinizə müraciyət edin. Prosedur zamanı xoşa gəlməz hisslər ola bilər- iynəli hiss, yüngül yanma.
Mübadilə prosesini yaxşılaşdırır, cavan protein ifrazını stimullaşdırır, dəriyə canlı görünüşünü qaytarır. Sızanaqların əmələ gəlməməsi üçün piy toxumalarını tənzimləyir. Xırda damar ulduzcuqlarını, rozaseya və psoriazı müalicə edir.
Yorğunluğu götürür, dəri tonusunu bərpa edir, elastikliyini artırır. Xırda qırışları açır, çapıqları, çatları və post akne izlərini aradan qaldırmağa kömək edir. Sallanmış yanaqları və buxağı yığır. Kosmetik və cərrahi müdaxilə sonrası şişkinliyi yox edir.
ÄSTHETIK LAB apparat kosmetologiyası klinikasında sizə üz, boyun, dekolte nahiyyələrinin cavanlaşdırma və sağlamlığı üçün tam kurs prosedurlar təklif edir. Online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.