Aqua pilinq – üz dərisini ölü hüceyrələrdən və çirklənmədən təmizlənməyə yönəlik bir proseduradur. Prosedur üçün xüsusi cihazdan istifadə olunur. Dərinin müalicəsi sudan və oksigendən ibarət məhlul ilə aparılır. Məhlul yüksək sürətlə tədbiq olunur. Üz, boyun və dekolte nahiyyəsi üçün ayrı başlıqlardan istifadə olunur.
Dərinin xüsusiyyətini və problemini nəzərə alaraq məhlula əlavələr olunur. Akne müalicəsi üçün- antiseptik və antibakterial, solğun dəri və yaşlanmanı ləngitmək üçün karbon qazı, vitaminlər və ya cavanlaşdırıcı maddələr əlavə olunur.
Aqua pilinq dəri problemləri ilə effektli mübarizə aparmağa, qan dövranını yaxşılaşdırmağa, cavan proteinlərin ifrazını stimullaşdırmağa kömək edir mübadilə prosesini yaxşılaşdırır.
Ürək damar xəstəliklərində və diabet zamanı bu proseduru ehtiyat edərək təyin edirlər.
Üz üçün üç növ hidropilinqi var:
Səthi və orta dərəcə- akne, xırda qırışlar və qocalmanın ilk əlamətləri ilə mübarizədə kömək edir. Solğun dəri, yanıq və çapıq izləri üçün dərin pilinqdən istifadə olunur.
Maksimal nəticə tam kursdan sonra olur.
Prosedur öncəsi dərini yüngül tonik və ya gel ilə makiyajdan təmizləmək lazımdır. Təmizləmə təmassız həyata keçirilir, buna görə ağrı hissi və diskomfort hissi olmur. Prosedur müddəti 15-20 dəqiqədir.
Prosedurdan sonra qızartı və şişkinliyi aradan qaldırmaq üçün dəriyə nəmləndirici maska çəkilir.
Hər bir səthi pilinq epidermisin üst qatını zədələyir, buna görə yüngül qızartı və şişkinlik əmələ gəlir. Bu normal haldır və bir neçə saat çəkə bilər. 3-7 gün müddətində dəridə həddindən artıq qabıqlanmalar olur və buna görə dərini nəmləndirmək lazımdır.
Həmçinin soyuq küləkdən, şaxtadan qorumaq lazımdır, çünki ilk gün dəri xarici faktorlara qarşı daha həssas olur. Bayıra çıxarkən gündən qoruyucu çəkmək vacibdir.
Aqua pilinq – baha olmayan, dərinin gözlə görünən problemlərdən azad edən, qan dövranını yaxşılaşdıran, dəri rəngini eyniləşdirən, şişkinliyi aradan qaldıran, məsamələri yığan və üz ovalını balacaladan təsirli bir prosedurdur.
Pasientlərin şərhlərinə əsasən prosedur bir neçə həftə təsirlidir. Bərpa müddəti bir həftədən çox çəkmir. Öz gəzəlliyinizi və gəncliyinizi uzun illər qoruyun.
Asthetik Lab klinikamıza online şəkildə və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq Aqua pilinq proseduruna yazıla bilərsiniz.