ÄSTHETIK LAB kosmetoloji klinikasında ultrasəs pilinqi ən məhşur proseurlardan biridir. Bu prosedura tələbatın çox olması, dəri tipindən və növündən asılı olmayaraq tez və zəmanətli nətinənin əldə edilməsidir. Bundan əlavə US pilinqi zamanı xoşa gəlməz hiss olmur və bərpa müddəti yoxdur. Bir neçə seansdan sonra nəticə 2 ilə qədər davam edir.
Üzün ultrasəs təmizləməsi xüsusi – skraber cihazı vasitəsi ilə aparılır. Prosedurdan qabaq üz makiyaj və digər vasitələrdən təmizlənir. Səs dalğalarının daha dərin qata keçməsi üçün üzə xüsusi gel çəkilir. Gellər-yumuşaldıcı, ağardıcı, nəmləndirici və s. olur. Kosmetoloq ehmalca və səliqəli şəkildə cihazla üzdə işləyir. Sonra üzə sakitləşdirici maska və qidalandırıcı krem çəkilir.
Prosedur müddəti 15-20 dəqiqədir. Maksimal nəticə üçün 5-10 prosedur keçilməlidir. Vaxtından tez qocalmanı ləngitmək üçün ildə 1-2 dəfə etmək lazımdır. Prosedur yaşlı dəri ilə yanaşı cavan dəri üçün də keçərlidir.
Ultrasəs pilinqinin təmizləmədən əlavə massaj effekti var, və epidermisin daxili qatında cavan kollagen ifrazını stimullaşdırır. Prosedurdan sonra dəri nəyinki kirdən, məsamələrə dolmuş tozdan təmizlənir, həmçinin daha bərk və elastik olur. Xırda qırışlar açılır, akne sonrası izlər və çapıqlar daha az hiss olunur.
Pilinqdən sora üzə çəkilən maskalar daha dərin qata hoparaq dəfələrlə artıq nəticə verir.
Digər hallarda prosedur hər növ dəri üçün keçərlidir, heç bir bərpa dövrü tələb etmir. Yüngül qızartı, şişkinlik prosedurdan bir neçə saat sonra çəkilir. Özündə masaj və pilinq xüsusiyyətlərini birləşdirən ultrasəs pilingi münasib qiymətədir. Yaş həddi yoxdur.
ÄSTHETIK LAB klinikasında ultrasəs proseduruna yazılmaq və qiymətini öyrənmək üçün online və +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayara bilərsiniz.