Sarı pilinq – retin turşusu vasitəsi ilə üz dərisinin cilalanmasıdır, sadə desək retinoid, yəni A vitamini. Bununla yanaşı istehsal adı da var – retinli. Bu prosedur 30-35 yaşdan sonra edilir.
Müalicəvi maskanın tərkibinə dərinin cavanlaşmasına, qorumasına və nəmləndirməsinə cavabdeh olan retindən əlavə digər aktiv maddələr də daxildir.
Sarı pilinqinin təsiri – dərini ölü hüceyrələrdən təmizləyir, piy toxumalarının funksiyasını bərpa edir, epidermisin elastikliyini və bərkliyini artırır, qırışları açır, dəriyə sağlam görünüşünü qaytarır.
Prosedurun bir sıra özəllikləri var: Birincisi retin turşusunu 12 saat saxlamaq lazımdır. Yəni, üzə çəkildikdən sonra pasient pilinqi evdə yuyur. Bərpa müddəti bir həftə çəkir. Oktyabrdan aprel ayına qədər müddətdə etmək məsləhətdir.
Səthi təmizləmə üçün çəkilən maska 20 dəqiqədən sonra yuyulur. Daha dərin təsir üçün vaxtı uzaltmaq lazımdır. Və müvafiq olaraq fərqli tərkibli müalicəvi kokteyllərdən istifadə olunur.
Əgər sarı pilinq kursundan əvvəl və sonra ki, şəkillərə baxsanız nəticəni o dəqiqə hiss edəcəksiniz. Üz ovalı yığılır, dəri relyefi hamarlaşır, sağlam olur.
Yalnız yüngül yanma və iynəli hiss olur, buda pasientlərin sözünə görə bir neçə dəqiqədən keçir. Nəticə həmin dəqiqə hiss olunmur. Orta dərəcəli pilinqdən sonra dəriyə yaxşı qulluq etmək və kosmetoloqun məsləhətlərinə əməl etmək vacibdir.
Sarı pillinq prosedurun qiyməti sizə maraqlıdır? Prosedura yazılmaq istəyirsiniz? Bütün suallarınızı verə bilərsiniz.
ÄSTHETIK LAB klinikasında sarı pilinqi artıq bu gün edə bilərsiniz. Online və ya +994(555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.