Dermapen
Dermapen
Dermapen
Dermapen

Dermapen

Dermapen – fraksiyalı mezoterapiyanın yeni apparat üsuludur. İynəli mezoterapiya ilə müqaisədə dermapen, dəridəki probelmi tez və effektli daha az ağrılı həll edir. Bərpa müddəti bir gündür, cünki dəri daha az zədələnir, nəticə isə göz qabağındadır.

Dermapen prosedurunun özəllikləri

Dermapen cihazı- üzdə və bədəndə işləmək üçün içərisində metal iynələr olan kartricdir. Üzdə- 9 ədəd bədəndə-30 ədəd. Dərinlik və iynələrin tezliyi cihazla tənzimlənir.

Derma penin istifadəsi fraksiyalı mezoterapiyanı maksimal dərəcədə tez, asan, təhlükəsiz, ağrısız etməyə imkan verir. Hərçənd müəyyən narahatçılıqlar olur.

Prosedur zamanı iynələr sürət rejimindən asılı olaraq, dəqiqədə dəriyə 3000 – 5000 dəfə batır. İynələrin eyni səviyyədə dəriyə batması nəticəsində, üzə çəkilmiş müalicəvi maddə dərinin dərin qatına daha tez hoparaq, epidermisin yenilənmə prosesini sürətləndirir.

Dermapendən istifadə edərək, həyata keçirilən fraksiyalı mezoterapiyası aktiv maddələrin 80%-ini dəriyə yeridir.

Dermapen necə işləyir?

Dermapen akapunktura prinsipi ilə işləyir. Mikro zədələnmələr yenilənmə sürətini daha da artırır. Kollagen və elastin ifrazı, derma qatının toxuma səviyyəsində bərpası aktivləşir. Mikroskopik zədələrin arasından müalicəvi kokteyl dərinin dərin qatına keçərək hərəkətə başlayır. Bununla belə yaranmış zədələr o qədər cüzidir ki, bir neçə saata keçir. Dermapen cihazı universaldır. Fərqli başlıqlar taxaraq bu cihazı üzdə, bədəndə, saçda istifadə etmək olar.

Dermapen göstərişləri

  • Sallaq dəri
  • Qırışlar
  • Ləkələr və çillər
  • Dərinin qeyri sağlam rəngi
  • Geniş məsamələr, akne, qara nöqtələr.
  • Çapıq və çatlar
  • Xırda damar ulduzcuqları.
  • Saç tökülməsi.
  • Selülit, piy qatları.

Problemdən asılı olaraq istifadə olunacaq kokteyl individual təyin edilir.

Əks göstərişlər

  • Hamiləlik, süd vermə.
  • Dəridə yaralar, qıcıqlanmalar.
  • Herpes, psoriaz, dermatit
  • Yeni olunmuş kimyavi təmizlənmə.
  • İrinli səpkilər, furunkullar.
  • Dəri infeksiyaları.
  • Psixi narahatçılıq.
  • Ürək damar xəstəlikləri.
  • Diabet-konsultasıya lazımdır.
  • Dermapenin nəticəsinə zəmanət verilir.

Xırda qırışları açır, dərin qırışları səthiləşdirir. Dəri sağlam görünüş alır, daha hamar və səliqəli görünür. Bir kurs prosedurdan sonra xırda çapıqlar, izlər, post akne, yanıq izləri daha az bilinir və ya tam yox olur.

ÄSTHETIK LAB klinikasında dermapen cihazı istifadə olunaraq fraksiyalı mezoterapiya olunur. Yazılmaq üçün satımıza yazaraq və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayın.

Foto qalereya
Kampaniyadan yararlanmağa tələsin!
  • Ödənişsiz həkim qəbulu
  • Ödənişsiz aparat diaqnostikası
  • Ödənişsiz həkim diaqnostikası
  • Ödənişsiz müalicə təyinatı
Ad Soyad
az-flag +994
Telefon nömrəniz