Üzdə ki, çapıq və yara izləri heç də xoşa gəlməyən bir görüntüdür. Buna görə kişilər və qadınlar bundan tez bir zamanda yaxa qurtarmaq istəyirlər. Çox vaxt bu izlər aknedən sonra yaranır, onları dekorativ kosmetik vasitələrlə gizlətmək və ya müalicə üsulunu tapmaq olar.
Çapıqlar – daha öncə derma qatının zədələnməsi zamanı toxumaların birləşməsi nəticəsində yaranır,digər nahiyyələrdən rəngi ilə fərqlənir. Müəyyən vaxt keçdikdən, sızanaqlardan sonra qalmış izlər solur, demək olar ki, hiss olunmur. Əgər bərpa prosesi zamanı problem yaranarsa- patoloji çapıqlar yaranır.
Çapıqların fərqliliyi
Kosmetoloqlar sızanaqlardan sonra yaranmış çapıqları aşağıda ki kimi sıralayırlar:
- Normotrofik
- Atrofik ( nahamar və ya dairəvi şəkildə çöküklər)
- Hipertrofik, artıq toxumaların birləşməsi zamanı yaranır, qırmızı, göyümtül və ya ağ rəngdə olur
- Keloid, səthdən hündür olur, birləşdirici toxumaların böyüməsi nəticəsində yaranır, bəzən qırmızı rəngdə olur və qaşınır.
Üzdəki çapıqları necə müalicə etmək olar?
Normotrofik çapıqlar,yüngül formaya aiddir. Onlar elastik, dəriylə eyni səviyyədə olur. Demək olar ki, bilinmir, xüsusi müalicə tələb etmir. Bu cür halda üzdəki çapıqları yox etmək üçün, kosmetik və ya aptekdən alınan vasitələrdən istifadə edirlər.
Normotrofik çapıqlardan effektiv və təhlükəsiz şəkildə yaxa qurtarmaq istəyirsinizsə Asthetik Lab klinikasına müraciət edə bilərsiniz. Həkim -kosmetoloq sizə səthi kimyavi pilinq və ya digər üsulları kurs şəkilində təklif edəcək.
Hipertrofik və ya keloid çapıqlarını yox etmək üçün, kombinə olunmuş və ya aparat müalicəsi tədbiq olunur.
Terapevtik üsul | Təsir üsulu | Nəticə |
---|---|---|
Kimyavi pilinq | Turşular vasitəsi ilə dərinin zədələnməsi ( süd, solisil, qlikol), dermanın üst qatını qabıqlandırır, təbii regenerasiya baş verir. | Dəri örtüyünün tam bərpası üçün 5-10 seans lazım olacaq. Dərinin elastikliyi artır. |
Lazer cilalamа | Dəriyə lazerlə təsir etmək | Mükəmməl və uzun müddətli nəticə, hamar dəri |
Kollagen iynələri | Preparat çökəyi dolduraraq, atrofik çapığa yeridilir | Dərinin nahamarlığını korrektə edir |
Cərrahi cilalama | Çapıq nahiyyəsində epidermisin üst qatının dərindən mexaniki yox edilməsi |
Üzdəki çapıqlardan düzgün şəkildə azad olmaq üçün bir çox faktorları nəzərə alaraq daha yaxşı nəticə üçün optimal müalicə üsulu seçəcək peşakar kosmetoloqa müraciət etmək lazımdır.
Münasib qiymətlər, təcrübəli mütəxəssislər, müasir avadanlıqlar, pasientə individual yanaşma, Asthetik Lab klinikasını daha güvənilir və təhlükəsiz kosmetoloji klinika adını qazandırıb. Qeyri invaziv yolla, aparat üsulu ilə cərrahi müdaxiləsiz keyfiyyətli və effektiv şəkildə çapıqları yox edirik!
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.