
ÄSTHETIK LAB kosmetoloji klinikasında ultrasəs pilinqi ən məhşur proseurlardan biridir. Bu prosedura tələbatın çox olması, dəri tipindən və növündən asılı olmayaraq tez və zəmanətli nətinənin əldə edilməsidir. Bundan əlavə US pilinqi zamanı xoşa gəlməz hiss olmur və bərpa müddəti yoxdur. Bir neçə seansdan sonra nəticə 2 ilə qədər davam edir.
Prosedurun özəllikləri
Üzün ultrasəs təmizləməsi xüsusi – skraber cihazı vasitəsi ilə aparılır. Prosedurdan qabaq üz makiyaj və digər vasitələrdən təmizlənir. Səs dalğalarının daha dərin qata keçməsi üçün üzə xüsusi gel çəkilir. Gellər-yumuşaldıcı, ağardıcı, nəmləndirici və s. olur. Kosmetoloq ehmalca və səliqəli şəkildə cihazla üzdə işləyir. Sonra üzə sakitləşdirici maska və qidalandırıcı krem çəkilir.
Üç növü var:
- Səthi.
- Orta.
- Dərin.
Prosedur müddəti 15-20 dəqiqədir. Maksimal nəticə üçün 5-10 prosedur keçilməlidir. Vaxtından tez qocalmanı ləngitmək üçün ildə 1-2 dəfə etmək lazımdır. Prosedur yaşlı dəri ilə yanaşı cavan dəri üçün də keçərlidir.
Göstərişlər
- Ölü dəri hüceyrələrinin olması.
- Solğun üz dərisi.
- Sallanma, dəri elastikliyini itirilməsi.
- Tıxanıq məsamələr, qara nöqtələr.
- Akne və aknedən sonra.
- Genişlənmiş məsaməllər.
- Mimiki qırışlar.
- Ləkələr və çillər.
Ultrasəs pilinqinin təmizləmədən əlavə massaj effekti var, və epidermisin daxili qatında cavan kollagen ifrazını stimullaşdırır. Prosedurdan sonra dəri nəyinki kirdən, məsamələrə dolmuş tozdan təmizlənir, həmçinin daha bərk və elastik olur. Xırda qırışlar açılır, akne sonrası izlər və çapıqlar daha az hiss olunur.
Pilinqdən sora üzə çəkilən maskalar daha dərin qata hoparaq dəfələrlə artıq nəticə verir.
Əks göstərişlər
- Dəri iltihabı, yaralar, cızıqlar.
- Xroniki dəri xəstəlikləri- herpes, seboreya, psoriaz .
- Xırda damar ulduzcuqları.
- Yeni edilmiz kimyavi pilinq.
- Təmizləmədən sonra əmələ gəlmiş dəri qabıqlanması.
- Üz siniri.
- İnfeksion xəstəliklər, yüksək hərarət..
- Epilepsiya, vərəm.
- Yeni olunmuş cərrahi əməliyyat.
Digər hallarda prosedur hər növ dəri üçün keçərlidir, heç bir bərpa dövrü tələb etmir. Yüngül qızartı, şişkinlik prosedurdan bir neçə saat sonra çəkilir. Özündə masaj və pilinq xüsusiyyətlərini birləşdirən ultrasəs pilingi münasib qiymətədir. Yaş həddi yoxdur.
ÄSTHETIK LAB klinikasında ultrasəs proseduruna yazılmaq və qiymətini öyrənmək üçün online və +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayara bilərsiniz.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.
Adilə Məmmədova
kosmetoloq həkimi
ən yüksək kateqoriyadır
Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?
Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.