Termaj

Termaj

Termaj – üz və bədən dərisinin cavanlaşmasına, dərinin dartılmasına və qırışların aradan qaldırılmasına yönəlik kosmetoloji aparat prosedurasıdır. Prosedurun uzun müddətli təsiri var, yəni yeni kollagen sintezi 3-6 aya qədər davam edir. Termaj kursundan sonra nəticə təxmini 6-12 aya qədər davam edir.

Termaj terapiyası – üz dərisinin cərrahi əməliyyatına müasir alternativ bir üsuldur.

Prosedur, radiotezlik enerjisinin epidermis qatının toxumalarına təsiri əsaslıdır.  Bu üsulla dərinin daxili toxumaları isinərək, kollagen və elastin ifrazını artırır, mübadilə prosesini aktivləşdirir, limfa düyünlərinin şişkinliklərini stimullaşdırır.

Termaj prosedurasının üstünlükləri

  • Cərrahi müdaxilənin olmaması.
  • Prosedurun ağrısız olması.
  • Uzun müddətli bərpa dövrünün olmaması.
  • Termaj müddəti 35-40 dəqiqədir.

 Yeganə mənfi tərəfi, müəyyən xəstəliklərə əks göstəriş olmasıdır, lakin bu xəstəliklər demək olar ki, bir çox cavanlaşdırıcı aparat proseduralarına da aiddir.

Əks göstərişlər

  • Hamiləlik, süd vermə, aybaşı zamanı.
  • Onkoloji və infeksion xəstəliklər.
  • Herpesin, dermatit və psoriazın aktiv forması.
  • İrinli səpkilər, yanıq.
  • Ürək damar xəstəlikləri
  • Psixoloji narahatçılıq
  • Diabet.

Aparat kosmetologiyası ucuz olamsada, lakin möcüzələr yardır. Nəticəni görmək üçün bir seans termaj prosedurası yetərlidir.

Nəticə?

  • Dəri dartılır, üz ovalı daha dəqiq olur.
  • Xırda qırışlar yox olur, dərin qırışlar səthiləşir
  • Dəri daha möhkəm və elastik olur.
  • Sağlam dəri rəngi.
  • Piy qatının azalması.
  • Dəri örtüyünün daha hamar olması.

Termaj xüsusi  ThermaCool cihazı ilə həyata keçirilir.  Fərqli başlılardan istifadə edərək müxtəlif, hətda çətin prosedur olunan nahiyyələrdə tədbiq etmək olar:  göz, ağız-burun qırışları, dodaq ətrafı və s.

Prosedurdan sonra müşahidə oluna bilər:

  • Yüngül qızartı.
  • Şişkinlik.
  • Qabıqlanma.

Bütün bunlar prosedurdan 2-3 gün sonra keçib gedir. Dekorativ kosmetikadan istifadə etmək olmaz. Prosedurdan sonra dərini bir həfdə ərzində yaxşı nəmləndirmək lazımdır. Bir həftə hamama, saunaya, idman zalına, solyariuma getməkdən çəkinmək lazımdır.

Mütləq bilmək vacibdir ki, termaj zamani dəri 60 dərəcəyə qədər isinir və xüsusi soyuq gelin sayəsində yanıq izi olmur.

Əks halda deməli prosedur qeyri peşakar tərəfindən aparılıb və texnologiyadan səhv istifadə olunub. 

Hansı daha yaxşıdır, Termaj, Rf liftinqi və ya SMAS-liftinqi?

Müştərilərimiz tez-tez bizdən hansı prossedurun daha yaxşı olduğunu soruşurlar. Bir mənalı şəkildə hansı prosedurun daha yaxşı olduğunu demək mümkün deyil. Bir qayda olaraq bunu klinikamızın mütəxəssisləri, dərinin imdividual özəlliklərini nəzərə alaraq  təyin edə bilər.

Proseduranın adıTermajRF-liftinqiSMAS-liftinqi
Liftinq növüCərrahi yox, apparat üsuluCərrahi yox, aparatCərrahi yox aparat
CihazElektrik cərəyanıElektrik cərəyanıUltrasəs dalğalar
Tədbiq bölgəsiüz, boyun, dekolte, qarın, əl və ayaqlarüz, boyun, dekolte, qarın, əl və ayaqlarüz, boyun, dekolte, qarın, əl və ayaqlar
Təsir dərəcəsi60°39-47°
Hiss olunanXoş olmayan hisslər mümkündürAğrısız prosedurAğrısız prosedur
Effekt müddəti1,5 il6 ay1,5-3 il
Bərpa müddətiMinimalMinimalMinimal
Bir kur üçün tezlik17-101
RisklərDemək olar ki, yoxduDemək olar ki, yoxduDemək olar ki, yoxdu

ÄSTHETIK LAB apparat klinikası, sizə termaj və digər əməliyyatsız üz gərmə proseduralarını təklif edir.

 Online və ya  +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.

Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp

Suallara cavablar:

Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.

2 saatdan sonra quru salfeti üzünüzə qoyun:

— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)

— Cuzi hiss olunan izlər —normal dəridir

— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.

— Salfetdə yağlı izlər –  yağlı dəri

Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.

Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.

Daha ətraflı...

Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.

Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.

Daha ətraflı...

  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  •  Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Daha ətraflı...

  • Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
  • Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
  • Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
  • Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
  • Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
  • Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
  • Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
  • Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
  • Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
  • Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.

Daha ətraflı...

Adilə Məmmədova

kosmetoloq həkimi
ən yüksək kateqoriyadır

Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?

Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.

#AsthetikLab

Dəqiqələr içində dəyişim

Qırışlar. Yox edilmə üsulu

Qırışlar. Yox edilmə üsulu

Dəri elastikliyini və möhkəmliyini itirməsi nəticəsində əmələ gəlmiş qatlara qırış deyilir, bir çox hallarda bu yaşla bağlı dəyişiklik zamanı olur. Harada və niyə qırışlar yaranır?

Daha ətrafli »
Postakne müalicəsi

Postakne müalicəsi

Postakne termini – sızanaqlardan, ləkələrdən, qızartılardan, çapıq və yaralardan sonar çuxur şəkilində əmələ gəlmiş izlər deməkdir. Əgər pasient özü özünə diaqnoz qoya bilirsə, aknenin müalicəsini

Daha ətrafli »
Aparat kosmetologiyası haqqında nə bilirsiniz?

Privacy Policy

Кто мы Наш адрес сайта: https://asthetiklab.com. Какие персональные данные мы собираем и с какой целью Комментарии Если посетитель оставляет комментарий на сайте, мы собираем данные

Daha ətrafli »

АНТИЦЕЛЛЮЛИТНЫЙ ГЕЛЬ

Апельсиновая корка на коже? Вы все перепробовали и не добились желаемого результата? Выход есть. Антицеллюлитный гель Kedma эффективно способствует уменьшению жировой ткани.

Daha ətrafli »

БАЛЬЗАМ ПОСЛЕ БРИТЬЯ

Многие мужчины не особо любят бриться, так как этот процесс часто доставляет неприятные и болезненные ощущения. Кому же понравится, что кожа лица начинает сохнуть и зудеть? Кроме того, это приводит к преждевременному старению, что тоже не вызывает положительных эмоций.

Daha ətrafli »

ПЛАТИНОВЫЙ КРЕМ ULTIMATE

Сколько бы лет не было женщине, она всегда хочет быть молодой и красивой. Однако с возрастом кожа начинает увядать, и если ничего не предпринимать, то она покрывается сетью глубоких морщин. Кроме того, из-за недостатка питания и тех веществ, которые выделяют наши клетки, лицо становится дряблым и сухим.

Daha ətrafli »

ВАШ КОНТАКТ УСПЕШНО ОТПРАВЛЕН.
НАШ МЕНЕДЖЕР СВЯЖЕТСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ.

ƏLAQƏ UĞURLU SƏNƏN GÖNDƏRILDI.
BİZİM DƏYİŞİRƏMƏZƏ GƏNCƏK DƏFƏ SİZƏ ƏLAQƏ VAR.