
Tibb kosmetologiyasında yenilikçi olan SMAS liftinqi- əməliyyatsız üz gərmə prosedurasıdır. Bu proseduranın köməyi ilə üz və boğaz dərisində yaşla bağlı yaranmış dəyişiklikləri effektli şəkildə yox etmək mümkündür.
Cərrahi müdaxiləsiz, ağrılı iynələrsiz və uzun müddətli reabilitasiya dövrü olmadan 5-10 yaş cavanlaşmaq istəyirsiniz? SMAS liftinqi sayəsindi bu mümkündür.
SMAS liftinqinin özəllikləri
Ultrasəs gərmə 30 yaşdan yuxarı pasientlər üçündür, kimlərdə ki, aşağıda sadalanan yaşla bağlı dəyişikliklər var:
- Dəyişmiş üz ovalı
- Ikinci buxaq
- Göz qapaqlarının sallanması
- Yanaq sallanması
- Qaşların sallanması
- Üz, boyun və dekolte nahiyyəsindəki dəri sallanması
Prosedur demək olar ki, ağrısızdır və heç bir ön hazırlıq tələb etmir.
SMAS liftinqi necə aparılır?
HİFU SMAS liftinqi, dərinin 5 mm dərinliyinə ötürülən xüsusi ultrasəs ötürücüsünün köməyi ilə aparılır. Ən məhşur cihazlar- Ultraformer– Abas One, Ulthera, MBT HIFU v Plus, Doublo, U-ONE, HIFU PRO 5.
İmpulsların sayını və dərinliyini həkim idnividual olaraq təyin edir. Ultrasəs cihazının təsiri toxumaların sallaqlığından və piy qatından asılıdır.
Prosedur olunan nahiyyə | Nəbzlərin sayı |
---|---|
Üzün yuxarı üçlüyü | 80 |
Göz ətrafı | 40 |
Qaşlar | 40 |
Dekolte | 200 |
Dairəvi lliftinq | 288 |
Qz və boğazın yuxarı hissəsi | 388 |
Ağız ətrafı | 50 |
Çənə altı | 140 |
Üzün orta aşağı hissəsi | 265 |
Boyun | 160 |
Üz və boğazın yuxarı tərəfi | 388 |
Prosedur zamanı üç başlıqdan istifadə olunur:
Birinci- dermanın 4,5 mm dərinliyinə təsir edir, hansı ki, yumuşaq toxumalar üçün dəstəkləyici karkas rolunu oynayır. İkinci- 3 mm dərinliyində dərinin orta qatlarına təsir edərək yeni kollagen ifrazını stimullaşdırır. Üçüncü- 1,5 mm dərinliyə, dərinin üst qatına təsir edərək qırışları açır.
Prosedurdan 2-3 saat sonra yüngül şişkinlik müşahidə oluna bilər, amma tez bir zamanda keçir. Nadir hallarda bu 1-2 gün çəkə bilər.
Ultrasəs gərmənin nəticələri
İlk nəticəni artıq prosedurdan sonra görmək olar. Dəri daha bərk, qırışların dərinliyi daha az, üz ovalı yığılmış olur. SMAS-dan sonra əsas nəticə 3-6 aydan hiss olunur. Kollagen ifrazının stimulyasiyası, dermada təbii prosesləri hərəkətə salır. Dəri bərpa olunur, elastiklik və möhkəmlik bərpa olunur. Nəticənin müddəti il yarımdan üç ilə qədərdir.
Hi-Fu SMAS haqqında hər şeyi bilmək istəyirsiniz? Saytımızdaki şərhləri oxuyun, şəkillərdən, əvvəl və sonra ki, fərqə baxın.
Liftinqdən sonra 5 gün ərzində olmaz:
- Hamam, sauna və hovuza getmək:
- Isti su ilə yuyunmaq
- Solyariuma getmək
- Günəş altında durmaq
- Skrablardan istifadə emək
- İdman zalına getmək
- Orqanizmi yükləmək
SMAS-liftinqə əks göstəriş:
- Hamiləlik və süd vermə
- Ürək-damar xəstəlikləri
- Dəridə olan metal implantlar
- Ağır psixi xəstəliklər
- Sızanaqlar, və səpkilər
- Liftinq olunacaq nahiyyədə iltihab
- Kaoqulyator qəbulu
- Onkologiya, lupus eritematoz, skleroderma
- 18 yaşa qədər
Üz və boyunun SMAS liftinqini – bıçaq altına yatmazdan qabaq yoxlamaq lazımdır. Cavanlaşma asan və daha tez ola bilər. ÄSTHETIK LAB klinikasında online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq SMAS liftinqini proseduruna elə bu gün yazılaraq edə bilərsiniz.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.
Adilə Məmmədova
kosmetoloq həkimi
ən yüksək kateqoriyadır
Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?
Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.