
Bipolyar RF-liftinqi – nazik və həssas dərilər üçün daha təhlükəsiz termoliftinq üsuludur. Monopolyardan fərqli olaraq iki elektrodu var-mənfi və müsbət. Bəzilərində vakuum xüsusiyyəti var.
Bipolyar proseduru- cavanlaşdırma, mimiki qırışlar, üz konturunun sallanması, post akne izləri, çapıqlar, izlər, həddindən artıq yağlı dəri, göz altı qaraltılar və s. kimi estetik qüsurları aradan qaldırmağa yönəlik üsuldur.
Bipolyar RF liftinqinin özəllikləri
Bipolyar cihazında pasientin derma qatına radiodalğaların daxil olma dərinliyini ayarlamaq mümkündür. Dəri daxildən bərpa olunur, toxuma təbəqəsi bərkiyir, yeni kollagen ifrazını stimullaşdırır, toxumaların bərpa prosesi hərəkətə keçir. İlk seansdan artıq nəticə hiss olunur.
Bipolyar tam təhlükəsizdir və heç bir bərpa dövrü tələb etmir. Toxumalar sadəcə 45 dərəcəyə qədər isinir, və prosedurdan sonra yanıq izlərinin və başqa fəsadların olmamasını təmin edir. 10-12 gün aralıqla olunan 4-6 seansdan ibarət 1 kursun nəticəsi yarım il müddətinə təsirlidir. Dəri tipindən, qüsurların çoxluğundan asılı olaraq prosedur sayı individual olaraq təyin edilir.
ÄSTHETIK LAB klinikasında artıq bu gün yazılıb və RF liftinq prosedurundan keçə bilərsiniz. Online və ya +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.
Adilə Məmmədova
kosmetoloq həkimi
ən yüksək kateqoriyadır
Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?
Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.