
Bioxygen və ya Oxygen Theraphy – cavan və orta yaş dəri üçün yeni qulluq üsuludur. Oxygen mezoterapiyası dərinin cavanlaşdırılmasına, sağlamlığına və qırışların korreksiyasına yönəlik prosedurdur. Prosedur, oksigeni epidermisin dərin qatına faydali kokteyl kimi daxil etmək əsaslıdır.
Bioxygen terapiyasının özəllikləri
Oxygen terapiyası 98% oxygen kokteylinin dərinin dərin qatına yeridən xüsusi OXYGET cihazı vasitəsi ilə aparılır. Beləliklə derma toxumaları oksigeni adət etdiyi kimi qandan yox havadan alır.
Zəngin oygen müalicəvi preparatla bərabər, təzyiqlə dəriyə daxil olur. Yüksək təzyiqin sayəsində toxuma membranasının xüsusiyyəti dəyişir, daha keçirici olur.
Aktiv maddələr dərini faydalı kompanentlərlə zənginləşdirərək, daha tez mənimsənir. Toxumaların oxygenlə zənginləşməsi nəticəsində, cavan kollagen ifrazını aktivləşdirir, mübadilə prosesini və limfa axınını sürətləndirir.
Oxygen mezoterapiyası qısa zamanda dərini nəmləndirir, dəri örtüyünü bərpa edir, estetik deformasiya və yaşla bağlı dəyişikliklərlə mübarizədə kömək edir.
Oxygen terapiyasına göstərişlər
- Quru dəri.
- Üz ovalının korreksiyası.
- Solğun, cansız, yorğun dəri.
- Qırışlar, qazayağı qırışlar.
- Həddindən artıq ləkələnmə.
- Üzdəki şişkinlik.
- Akne və postakne.
- Göz altı qaraltılar.
Oxygen – orqanizmimizin sağlam və möhkəm olmağını təmin edən maddədir. Dəri – ən böyük orqandır, buna görə mütəmadi olaraq oxyegnlə zənginləşməsinə və faydalı maddələrə ehtiyacı var.
Oxygen çatışmazlığından – dəri cansız, solğun olur, daha tez qocalır və möhkəmliyini itirir. Bütün bunların qarşısını almaq üçün, dermanın həyat tonusunu bərpa etmək üçün Oxygen terapiyası etmək vacidir.
Prosedurun üstünlükləri
- İlk seansdan hiss olunacaq nəticə.
- Prosedur zamanı ağrı və diskomfort hissi olmur.
- Uzun müddətli nəticə.
- Heç bir fəsadı, yan təsiri və əks göstərişi yoxdur.
- Reabilitasiya tələb etmir.
- Bir seansin müddəti – 1-1,5 saatdır.
Kurs həftədə 1-2 dəfə olmaqla 8-10 prosedurdan ibarətdir.
ÄSTHETIK LAB kosmetoloji klinikasında bir dəfəlik istifadə üçün olan başlıqla sizə Oxygen Theaphy prosedurasını təklif edir. Prosedur təhlükəsiz və tam gigiyenikdir. Müalicəvi kokteyl individual olaraq dəri tipini, problemini nəzərə alaraq təyin edilir.
Prosedura yazılmaq üçün +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayın.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.
Adilə Məmmədova
kosmetoloq həkimi
ən yüksək kateqoriyadır
Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?
Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.