Aqua pilinqi

Akvapiling

Aqua pilinq – üz dərisini ölü hüceyrələrdən və çirklənmədən təmizlənməyə yönəlik bir proseduradur. Prosedur üçün xüsusi cihazdan istifadə olunur.  Dərinin müalicəsi sudan və oksigendən ibarət məhlul ilə aparılır. Məhlul yüksək sürətlə tədbiq olunur. Üz, boyun və dekolte nahiyyəsi üçün ayrı başlıqlardan istifadə olunur.

Göstərişlər

  • Solğun dəri.
  • Dərin qırışlar.
  • Qazayağı qırışları.
  • Sızanaqlar.
  • Ləkələnmə.
  • Postkne.
  • Xırda damar ulduzcuqları.
  • Yanıq izləri.

Dərinin xüsusiyyətini və problemini nəzərə alaraq məhlula əlavələr olunur. Akne müalicəsi üçün- antiseptik və antibakterial, solğun dəri və yaşlanmanı ləngitmək üçün karbon qazı, vitaminlər və ya cavanlaşdırıcı maddələr əlavə olunur.

Aqua pilinq dəri problemləri ilə effektli mübarizə aparmağa, qan dövranını yaxşılaşdırmağa, cavan proteinlərin ifrazını  stimullaşdırmağa kömək edir mübadilə prosesini yaxşılaşdırır.

Əks göstərişlər

  • Hamiləlik.
  • 18 yaşdan aşağı.
  • Herpes, dermatit.
  • Yüksək hərarət.
  • Dərinin infeksion xəstəlikləri.
  • Keloid yaralarına meyillilik.

Ürək damar xəstəliklərində və diabet zamanı bu proseduru ehtiyat edərək təyin edirlər.

Aqua pilinq necə olur?

Üz üçün üç növ hidropilinqi var:

  • səthi,
  • orta,
  • dərin,

Səthi və orta dərəcə- akne, xırda qırışlar və qocalmanın ilk əlamətləri  ilə mübarizədə kömək edir. Solğun dəri, yanıq və çapıq izləri üçün  dərin pilinqdən istifadə olunur.

Maksimal nəticə tam kursdan sonra olur.

Aqua pilinqin növüNeçə gündənProsedur sayı
Səthi75
Orta143-5
Dərin60-902-3

Xüsusiyyətləri

Prosedur öncəsi dərini yüngül tonik və ya gel ilə makiyajdan təmizləmək lazımdır.  Təmizləmə təmassız həyata keçirilir, buna görə ağrı hissi və diskomfort hissi olmur.  Prosedur müddəti 15-20 dəqiqədir.

Prosedurdan sonra qızartı və şişkinliyi aradan qaldırmaq üçün dəriyə nəmləndirici maska çəkilir.

Prosedur sonrası

Hər bir səthi pilinq epidermisin üst qatını zədələyir, buna görə yüngül qızartı və şişkinlik əmələ gəlir.  Bu normal haldır və bir neçə saat çəkə bilər. 3-7 gün müddətində dəridə həddindən artıq qabıqlanmalar olur və buna görə dərini nəmləndirmək lazımdır.

Aqua pilinqdən sonar 5 gün olmaz:

  • Hamam və saunaya getmək.
  • Hovuz və idman zalına getmək.
  • Kirşan və tonal kremlərdən istifadə etmək.
  • Günəş altında dayanmaq.

Həmçinin soyuq küləkdən, şaxtadan qorumaq lazımdır, çünki ilk gün dəri xarici faktorlara qarşı daha həssas olur.

Bayıra çıxarkən gündən qoruyucu çəkmək vacibdir.

Prosedurun faydaları

Aqua pilinq – baha olmayan, dərinin gözlə görünən problemlərdən azad edən, qan dövranını yaxşılaşdıran, dəri rəngini eyniləşdirən, şişkinliyi aradan qaldıran, məsamələri yığan və üz ovalını balacaladan təsirli bir prosedurdur.

Pasientlərin şərhlərinə əsasən prosedur bir neçə həftə təsirlidir. Bərpa müddəti bir həftədən çox çəkmir. Öz gəzəlliyinizi və gəncliyinizi uzun illər qoruyun.

Asthetik Lab klinikamıza online şəkildə və ya  +994 (555)-12-9090 nömrəsi ilə əlaqə saxlayaraq Aqua pilinq proseduruna yazıla bilərsiniz.

Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp

Suallara cavablar:

Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.

2 saatdan sonra quru salfeti üzünüzə qoyun:

— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)

— Cuzi hiss olunan izlər —normal dəridir

— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.

— Salfetdə yağlı izlər –  yağlı dəri

Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.

Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.

Daha ətraflı...

Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.

Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.

Daha ətraflı...

  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  •  Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Daha ətraflı...

  • Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
  • Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
  • Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
  • Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
  • Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
  • Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
  • Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
  • Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
  • Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
  • Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.

Daha ətraflı...

Adilə Məmmədova

kosmetoloq həkimi
ən yüksək kateqoriyadır

Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?

Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.

#AsthetikLab

Dəqiqələr içində dəyişim

Dodaq ətrafı qırış

Dodaq ətrafı qırış

Gülüş və ya danışıq zaman burun küncündən ağız bucağına qədər yaranmış yarığa – dodaq ətrafı qırış deyilir. Danışmadıqda  bu qırışlar demək olar ki, bilinmir, lakın

Daha ətrafli »
Aparat kosmetologiyası haqqında nə bilirsiniz?

Privacy Policy

Кто мы Наш адрес сайта: https://asthetiklab.com. Какие персональные данные мы собираем и с какой целью Комментарии Если посетитель оставляет комментарий на сайте, мы собираем данные

Daha ətrafli »

ЭЛИКСИР+ ГИАЛУРОНОВАЯ НОЧНАЯ СЫВОРОТКА

Влияние витамина С на выработку коллагена уже достаточно давно научно доказано и обосновано. Именно его нехватка в организме приводит к постепенному старению и обезвоживанию, от чего кожа становится сухой и дряблой.

Daha ətrafli »

МАСКА-САУНА ДЛЯ ЛИЦА РОЯЛТИ

Многие знают, какой потрясающий эффект оказывает пребывание в сауне на кожу. Горячий пар помогает открыться всем порам, выводит ненужные шлаки и токсины. Лицо после таких “горячих” процедур просто сияет и лучится здоровьем. Однако ходить постоянно по таким заведениям могут далеко не все.

Daha ətrafli »

КРЕМ ДЛЯ НОГ

Наши ножки испытывают постоянную нагрузку, ведь им приходится не только принимать на себя вес тела, но и подвергаться постоянным термическим перепадам. Из-за этого кожа на пяточках может загрубеть и потрескаться. Не говоря уже о неприятном ощущении сухости, которое заставляет зудеть ноги. И в итоге появляется постоянный дискомфорт, стоит только надеть обувь.

Daha ətrafli »

ВАШ КОНТАКТ УСПЕШНО ОТПРАВЛЕН.
НАШ МЕНЕДЖЕР СВЯЖЕТСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ.

ƏLAQƏ UĞURLU SƏNƏN GÖNDƏRILDI.
BİZİM DƏYİŞİRƏMƏZƏ GƏNCƏK DƏFƏ SİZƏ ƏLAQƏ VAR.