- Quru dəri qabıqlanmaya meyillidir, həssas olur və edilən hər hansı bir qulluq vasitəsinə qızartıynan reaksiya verə bilər.
- Nazik dəri.
- Erkən yaşlanmaya və tez qırışların əmələ gəlməsinə meyillidir.
- Nadir hallarda sızanaqlar ola bilər.
Necə qulluq olunmalıdır?
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Otaq temperaturunda olan su ilə üzünüzü yuyun. Əgər quru nahiyyələr çox bilinirsə bunları edin:
Bütöv üzə krem-gel çəkin, quru nahiyyələrə isə əlavə olaraq qalın qatla qidalandırıcı krem çəkin. Həmçinin həftədə 1-2 dəfə qidalandırıcı maskalar edin.
Quru dəriyə qulluq mərhələləri
Yumaq (səhər-axşam)
Quru dəri üçün hidrofil yağı, təmizləyici süd və ya köpük.
Səhər-axşam yuduqdan sonra spirtsiz tonik.
Yuduqdan sonra kremlər və tonlaşdırma
- Səhər- qidalandırıcı və nəmləndirici kremlər (hialuron turşulu və yağlarla)
- Gecə kremi (qidalandırıcı və nəmləndirici).
- Göz ətrafı kremi — səhər-axşam.
- Yaşlanmaya qarşı (25 yaşdan sonra) — gecə.
- Gündən qoruyucu SPF — çölə çıxmazdan öncə.
Zərdab (hər səhər və ya axşam, fasilə ilə etmək )
Hialuron turşusu ilə, nəmləndirici kompanentlərlə, vitaminlərlə, yağlarla (avokado, jojoba, karite, badam) və fosfolipidlərlə (lesitin, seramidlər). Kremdən ƏVVƏL çəkmək (yağlardan başqa, yağlar — kremdən sonra).
Maskalar
(həftədə 2-3 dəfə)
Qidalandırıcı və nəmləndirici maskalar, keramidlərlə, hialuron turşusu ilə, antioksidantlarla.
Yağlar
Gecə dərini təmizlədikdən və krem çəkdikdən sonra. 3 damcı yağ yetərlidir.
Qaçının
- Skrablardan
- Spirt tərkibli kosmetik vasitələrdən
- Sabun
- Nəmləndiricisiz üzə yağ çəkmək (düzdür: birinci nəmləndiririk sonra yağ çəkirik)
- Kosmetikada turşular
- Retinol tərkibli vasitələr (dəri həssasdırsa)
- Qaralma, solyarium
Quru dəri üçün vasitələrdə arzu olunan kompanentlər
- aloy
- qliserin
- hialuron, qlikol, süd turşuları
- pantenol
- antioksidantlar
- bal
- badam gülünün ekstraktı, çay ağacı
- biotin
- skvalan
- С vitamini
- tokoferol
- meşə fındığının yağı, jojoba, neroli, arqanı, yetişməmiş buğda, qızıl gül, moruq, naringi, it burnu, jasmin, üzüm polifenolları.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.