Qırışlar. Yox edilmə üsulu

Qırışlar. Yox edilmə üsulu

Dəri elastikliyini və möhkəmliyini itirməsi nəticəsində əmələ gəlmiş qatlara qırış deyilir, bir çox hallarda bu yaşla bağlı dəyişiklik zamanı olur.

Harada və niyə qırışlar yaranır?

Qırışlar daha çox göz altı və ətrafında, mimiki hərəkətlər nəticəsində (gülüş və ya qaş-qabaq və s.) əmələ gəlir. Həmçinin dəriyə ultrabənövşəyi süaların mütəmadi təsiri zamanı, dermanın üst qatı çox nazikdirsə və kollageni çox itirdikdə qırışlar əmələ gəlir.

Epidermisin vəziyyəti və dəyişikliyi asılıdır:

  • İrsi
  • Dəri tipi
  • Qidalanma
  • Zərərli vərdişlər (içki, siqaret, narkotik və s.)
  • Həyat tərzi
  • Erkən yaşlanmanın qarşısını almağın ən gözəl dərmanı-gigiyenik prosedurlar, sağlam gida və tam yuxudur.

Qırışları nə zaman müalicə etmək lazımdır?

Hər bir qırışlar göz ətrafı və ya ağız ətrafı, alında və digər yerlərdə istisnasız estetik görünüşə təsir edir. Buna görə bir çox qadınlar 20 yaşdan sonra müxtəlif kosmetik vasitələrlə xarici görünüşlərinə qulluq etməyə başlayırlar. Orqanizmin sağlamlığı, qırışların olub olmamasından asılı deyil, lakin güzgüyə baxanda xoş görünüş hər zaman əhval ruhiyyəni və həyat tonusunu yaxşılaşdırır .

Qırışlar -kosmetoloji prosedurlarla müalicə olunur, və bunu mütəxəssislərə həvalə etmək lazımdır. ASTHETIK LAB klinikasının ixtisaslaşmış mütəxəssisləri mimiki qırışların korreksiyası, ağız ətrafı qırışların və digər nahiyyələrdə ki, qırışların korreksiyası xidmətini təqdim edir.

Prosedurun adıTədbiq üsuluNəticəYan təsirləri və özəllikləri
Botoks (üzün səthi əzələlərinin iflici)Spastik və səthi əzəzlələrə iynələrMimiki qırışlar iflic olunur. 2-3 ay ərzində hamarlaşırBaş ağrıları və qrip əlamətləri
Dərinliklərin doldurulması (filler)Dərin qırışlara müxtəlif preparatların yeridilməsi (gialuron turşusu, pasientin piy toxumaları, kollagen)Qırışlar dərindən hamarlaşırSilikon və mineral yağlar pasient üçün təhlükəsiz deyil
Kollagenin invaziv və tibbi yolla dəyişilməsiLazer, kimyavi pilinq, cilalanma, ultrasəs və ya aşağı tezlikli vasitələr.Xırda qırışlar yox olur, kollagen ifrazı stimullaşırKimyavi yanıq və çapıqlar ola bilər
Cərrahi yolla dərinin götürülməsiPlastik əməliyyat narkoz altında keçirilirCərrahın peşakarlığından asılıdırObyektiv və subyektiv səbəblərdən mənfi nəticələr
Qırışları apparat prosedurları ilə yox edirAparat masajı, fraksiyalı lazer, RF-liftinqi, ultrasəs pilinqi və s.Artıq ilk prosedurdan görünən nəticə, üz dərisinə hamarlığı qaytarır, qırışları effektiv şəkildə yox edir, kollagen və elastin ifrazını hərəkətə keçirir.Yaşla bağlı olan və olacaq dəyişiklikləri korreksiya edir. Bir neçə seans tələb edir (individual olaraq təyin edilir)

Göz, ağız, burun ətrafı qırışları yox etməyi və bunun həlli yolunu yalnız mütəxəssis həll etməlidir.  Asthetik Lab klinikasının ixtisaslaşmış mütəxəssisləri sizə, təhlükəsiz və uyğun qiymətə hamar dərinizi qaytarçağa hazırdırlar.

Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp

Suallara cavablar:

Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.

2 saatdan sonra quru salfeti üzünüzə qoyun:

— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)

— Cuzi hiss olunan izlər —normal dəridir

— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.

— Salfetdə yağlı izlər –  yağlı dəri

Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.

Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.

Daha ətraflı...

Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.

Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.

Daha ətraflı...

  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  •  Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Daha ətraflı...

  • Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
  • Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
  • Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
  • Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
  • Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
  • Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
  • Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
  • Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
  • Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
  • Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.

Daha ətraflı...

Adilə Məmmədova

kosmetoloq həkimi
ən yüksək kateqoriyadır

Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?

Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.

#AsthetikLab

Dəqiqələr içində dəyişim

Üzündəki məsamələr

Üzündəki məsamələr

Üzdə məsamələrin genişlənməsi yeniyetmələrin  cinsi inkişafı zamanı ərəfəsində  kişi və qadınlarda isə 30 yaşdan sonra yaranır. Genişlənmiş məsamələrin əsas səbəbi- kollagen ifrazının azalması və piy

Daha ətrafli »
Kosmetoloq köməyi ilə piqment ləkələrdən necə yaxa qurtarmaq olar?

Üzdəki ləkələr

Üz və  bədəndə sonradan yaranmış və ya irsi keçən piqment ləkələri, dəri altında melanin konsentrasiyasından yaranır. Çillər xarici görünüşə “şarm” versə də, yaşla bağlı piqment

Daha ətrafli »

ВАШ КОНТАКТ УСПЕШНО ОТПРАВЛЕН.
НАШ МЕНЕДЖЕР СВЯЖЕТСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ.

ƏLAQƏ UĞURLU SƏNƏN GÖNDƏRILDI.
BİZİM DƏYİŞİRƏMƏZƏ GƏNCƏK DƏFƏ SİZƏ ƏLAQƏ VAR.