Postakne termini – sızanaqlardan, ləkələrdən, qızartılardan, çapıq və yaralardan sonar çuxur şəkilində əmələ gəlmiş izlər deməkdir.
Əgər pasient özü özünə diaqnoz qoya bilirsə, aknenin müalicəsini yalnız həkim təyin edə bilər.
Kosmetoloji klinikanın mütəxəssisləri, bununla necə mübarizə aparmaq lazım olduğunu bilir, lazer və işıq texnologiyasından uğurla istifadə edirlər.
Postaknenin müxtəlifliyi
Kosmetologiyada sızanaqlardan sonra qalmış izlərin bir neçə fotmaları var:
- Çapıqlar müxtəlif ölçüdə olur, görünüşcə çuxura bənzəyir, toxumaların atrofiyası, kollagen ifrazının pozğunluğu zaman və ya artıq kollagen ifrazı zamanı əmələ gəlir.
- Sızanaqlardan sonra əmələ gəlmiş qırmızı ləkələr bir neçə aya yox ola bilər. Bu cür hallarda kosmetoloqa ehtiyac var, çünki vaxt keçdikcə onlar ləkələrə çevrilə bilər.
- Sızanaqdan sonra əmələ gəlmiş ləkələnmə və ya iltihabi ləkələnmə, epidermis toxumalarını ultrabənövşəyi şüalanmadan qoruma üçün melatoninin artıq ifrazı zamanı əmələ gəlir.
Postakne ilə mübarizə üsulları
Müalicə üsulu | Tədbiq üsulu | Nəticə | Özəllikləri |
---|---|---|---|
Kimyavi təmizləmə | Turşu dərinin üst qatını əridir | Çapıq və ləkələr zamanla yoxa çıxır | Uzun müddətli sağalma dövrü, prosedur yalnız mütəxəssiz nəzarəti altında olunmalıdır |
Mikrocilalama | Freza və firçalı cihazın köməyi ilə dərinin üst qatı cilalanır | Cilalama çapıqları “silir” kollagen ifrazını gücləndirir | travmalı proseduradır, sağalma dövrünü tələb edir |
Lazer cilalama | Lazer şüasının təsiri | Yüksək və uzun müddətli nəticə | Ağrılı proseduradır yerli keyitmə ilə aparılır |
Mezoterapiya | problemli nahiyyələrdə dəri altı iynələr | İlk seansdan nəticə hiss olunur, dəri hamarlaşır və quruyur, ləkələr yox olur | İndividual olaraq müəyyən sayıda iynə və seans tələb edir |
Yalnız ixtisaslaşmış həkim post akne ilə mübarizənin düzgün yolunu təyin edə bilər.
Asthetik Lab klinikasının pasient rəyləri onu göstərir ki, kosmetoloq və həkmləimizə etibar etmək olar. Kosmetoloji xidmətlərə olunan munasib qiymətlər qeyri invaziv aparat üsulları ilə effektli və arzu edilən nəticəni əldə etmək olar.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.