- Quruluğun, dartılmanın, yağlı izin olmaması;
- Qara nöqtələrin və sızanaqların olmaması;
Bəzən dəri cuzi də olsa quruluğa və ya yağlılığa meyilli olur.
Belə dəri, az da olsa burunda geniş məsamələr, T nahiyyəsində parıltı və qışda qabıqlanma ola bilər.
Necə qulluq olunmalıdır?
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
Normal dərini gündə 2 dəfə nəmləndirici kremlə nəmləndirmək lazımdır- səhər və axşam. Həftədə bir dəfə nəmləndirici maskadan istifadə etmək lazımdır. Qışda dərinin qurumaması üçün daha çox qidalandıran kremdən istifadə etmək lazımdır.
Normal dəriyə qulluq
Makiyajın təmizlənməsi
Miselyar suyu, hidrofil sabunu ama bu məsamələri tıxaya bilər.
Yuyunma (səhər-axşam)
Yüngül gel və ya neytral Ph köğüyü daha yaxşı olardı. Gel dərinizi qurutmamalıdır( bu vacibdir)! Əks halda daha yağlı olacaq.
Spirtsiz tonik (səhər axşam yuduqdan sonra).
Kremlər
(yuduqadan və tonlaşdırdıqdan sonra)
- Nəmləndirici krem (səhər axşam)
- Göz ətrafı üçün krem (lazımdırsa) səhər-axşam
- Günəşdən qoruyucu krem SPF- çölə çıxmazdan qabaq.
- Qidalandırıcı krem (qışda)
Zərdablar
Hər səhər və ya axşam, lakin fasilələrlə hialuron turşusu ilə, nəmləndirici tərkibli, vitaminli, yağlarla (avokado, jojoba, badam) və fosfolipidlərlə( lesitin, seramidlər)
Kremdən ÖNCƏ çəkilməlidir (yağ tərkiblilərdən başqa, onlar-kremdən sonra)
Təmizləyici maskalar
Əgər məsamələr tıxanıbsa və ya qara nöqtələr əmələ gəlibsə( həftədə 1-2 dəfə), gil ilə, plyonka maskalar, qızışdırıcı və s. Sonra- nəmləndirici krem.
Həftədə 1 dəfə nəmləndirici maskalar
Skrab əvəzi 2-3 həftədən 1 dəfə pilinq.
Qaçının:
- Spirt tərkibli kosmetik vasitələrdən;
- Skrablardan;
- Sabundan.
Normal dəri üçün arzu olunan komponentlər:
- Hialuron turşusu, antioksidantlar, E, C vitaminləri
- Bitki ekstraktları
- Avakado ərik tumu yağı
- Skvalan
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.