Üzdə məsamələrin genişlənməsi yeniyetmələrin cinsi inkişafı zamanı ərəfəsində kişi və qadınlarda isə 30 yaşdan sonra yaranır. Genişlənmiş məsamələrin əsas səbəbi- kollagen ifrazının azalması və piy vəzilərinin disfuziyasıdır, dəri altı piylər məsamələri tıxayaraq onları genişlədir.
Geniş məsamələrin ən çox olduğu nahiyyələr:
- Burun və burun ətrafı
- buxaq
- alın
Həmçinin geniş məsamələrə qadın xəstəlikləri, hormonal pozğunluq və mədə bağırsaq xəstəlikləri də səbəbdir. İstilərin düşməsi ilə bədənin temperatur dəyişikliyi aktivləşir nəticədə piy ifrazı daha da artır və məsamələrə yığılmış toz, dekorativ kosmetika məsamələri daha da genişlədir.
Üzdəki geniş məsamələrin əsas səbəbləri
Kosmetoloqlar söyləri ki, günəş vannalarının mütəmadi qəbulu, düzgün olmayan qıdalar ( fastfood, qazlı içkilər və s.) zərərli vərdişlər (içki, siqaret), üz gigiyenasına diqqət etməmək, keyfiyyətsiz və ya vaxtı ötmüş kosmetik və müalicəvi məhsullar geniş və çirklənmiş məsamələrə gətirib çıxardır. Sızanaqlar və akne əmələ gəlir. Ciddi iltihabi proseslər zamanı məsamələri daraltmaq asan deyil.
Problemin həlli yolu
məsamələrdən birdəfəlik yaxa qurtarmaq mümkün deyil, və bunun müalicəsini yalnız peşakarlara əmanət etmək lazımdır.
Asthetik Lab klinikasında ixtisaslaşmış kosmetoloqlar üzdəki geniş məsamələrin müalicəsinin ən optimal üsulunu müəyyənləşdirərək, problemin ağırlıq dərəcəsindən asılı olaraq individual prosedurlar təyin edirlər.
Məsamələrin yığılmasında ən çox tələb görülən üsullara aiddir
Proseduralar | Tədbiq üsulu | Nəticə və özəllikləri |
---|---|---|
Xüsusi kosmetik qulluq | pilinq-maskaları, skrablar, təmizləyici losyonlar, gil, kremlər və zərdablar | tez bir zamanda təmizləmə və yığılmış məsamələr, mütəmadi istifadə tələb edir, vasitələri dəyişərək istifadə etmək |
Mikrodermabraziya ( üz dərisinin cilalanması) | Dəriyə aliminium mikrokristalları və tozcuqları ilə aparat üsulu | 6 seans tələb edir, dəri hamarlaşır və məsamələr yığılır |
Lazer cilalama | Lazer şüaları epidermis qatını cilalayaraq regenerasiyasının stimullaşdırır | Yüksək nəticə dərini daha da hamarlaşdırır, ləkələr, çapıqlar və digər problemlər yox olur. Mənfi tərəfi- yüksək qiymət |
Darsanval | Cərəyan impulsları epidermis qatının yenilənməsini stimullaşdırır | Məsamələr yığılır, dəri keyfiyyəti yaxşılaşır. Müsbət tərəfi- bir çox pasientlər üçün zərərsiz və gözəl nəticə verir. |
Xüsusi aptek vasitələri – maskalar, gil və digər üsullar ilə ev şəraitində məsamələri yığmaq olar, həmçinin qeyri invaziv aparat üsulları ilə aparılan məsamə daraldıcı prosedurlar üçün Asthetik Lab klinikasının peşakar kosmetoloqlarına da müraciyət edə bilərsiniz.
Münasib qiymət ,yüksək keyfiyyət və pasient məmnunluğu klinikamızın nə dərəcə etibarlı olduğunun göstəricisidir.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.