- Т nahiyyəsi alın, burun və buxaq) yağlanır, bununla yanaşı yanaqlarda dəri normaldır.
- Məsamələr biraz genişlənmiş, tıxanmaya və qara nöqtələrə meyillidir.
- Kombinə olunmuş dərini qurutsaq, T nahiyyəsi daha çox yağlanmağa başlayacaq, yanaq və ağız ətrafı isə quruyub qabıqlanacaq.
- Sərt yuyucu vasitələri və ya spirt dərini qurudub gərə bilər (bu zaman vasitəni dəyişmək lazımdır).
Kombinə olunmuş dəriyə necə qulluq olunmalıdır?
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
Kombinə olunmuş dəriyə qulluq
Makiyaj təmizləmə
Miselyar su, hidrofil yağı(məsamələri tıxaya bilər).
Yumaq (səhər axşam)
Yüngül gel və ya neytral ph köpüyü yaxşı olardı.
Tonik
(yuduqdan sonra səhər, axşam)
Tonik spirtsiz olmalıdır və ya az miqdarda solisil spirti tərkibli olar( sızanaqlar varsa) və ya amin turşulu
Kremlər
(yuduqdan və tonlaşdırdıqdan sonra)
- Nəmləndirici krem — səhər-axşam;
- Ehtiyac olarsa səhər-axşam göz ətrafı kremi. Çölə çıxmazdan öncə günəşdən qoruyucu krem.
- T nahiyyəsi yağlı olmağına baxmayaraq,quru hissələr varsa fərqli kremlərdən istifadə olunmalıdır— T nahiyyəyə yüngül gel və ya flüid, quru hissələrə isə qidalandırıcı.
Zərdablar
(Hər gün fasilələrlə səhər axşam):
- turşu və C,A vitaminləri tərkibli;
- Kremdən ÖNCƏ çəkmək.
Təmizləyici maskalar ( həftədə 1 dəfə):
- Gil, plyonka, qızışdırıcı maskalar və s.
- Sonra — nəmləndirici krem
Nəmləndirici maskalar (həftədə 1-2 dəfə )
- Multimaska sistemini tədbiq etmək olar:
- Yağlı nahiyyəyə təmizləyici, quru nahiyyəyə isə nəmləndirici.
- Skrab yerinə həftədə 1-2 dəfə pilinq.
- Ehtiyac varsa sızanaq əleyhinə krem — axşam lokal şəkildə.
Qaçının
- Spirt tərkibli kosmetik vasitələrdən;
- Skrablardan;
- Yağlardan (məsamələri tıxayır);
- Sabun.
Kombinə olunmuş dəri üçün arzu olunandır
- Hialuron turşusu, meyvəli, qlikol, solisil, südlü turşular ;
- Qliserin;
- Antioksidantlar
- ( Е və С vitaminləri);
- Sink və gil (yağlı nahiyələrə);
- Pantenol;
- Retinol;
- Aloe vera;
- yaşıl çay, çobanyastığı,kalendula, jasmin ekstraktı,jenşen, limon, qızıl gül ekstraktları;
- Çay ağacının yağı.
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.