Jennifer Lopezin, Super Bowl şousunda ki, ruhlandırıcı çıxışı hərkəsi səhnə rəqslərinin yeniliklərindən əlavə, öz möhtəşəm gənc görünüşündən də danışdırdı. Çünki 50 yaşlı müğənni 20 yaşlı gənc qızlardan seçilmir.
Qüsursuz üz rəngi və parlaq dəriyə sahib olmaq üçün, görəsən JLo hansı sirləri bilir?
Mən müğənninin gənclik sirlərini və dəriyə qulluq hakkında ki, sirlərini araşdırdım- sağlam vərdişlərdən tutmuş yaşlanma əleyhinə olan məhsullara qədər.
1. İstirahət və sağlam yuxu.
Gərgin iş qrafikinə baxmayaraq: aktyorluq işi, yeni musiqilərin hazırlanması, konsertlərdə çıxışı, film premyeraları, nişanlısı və uşaqları ilə məşqul olmaq, bütün bunlara baxmayaraq Lopez, necəsə bizim bəzilərimizdən daha çox yatmağa vaxt tapır?
«Məsləhət №1 — yuxunuzu alın! Bunu təkrar-təkrar vurğulamaya bilmərərəm», — deyə müğənni 2018-ci ildə İnStyle jurnalına söyləyib. «Məmnuniyyətlə 9-10 saat yatardım, ama heç olmasa 8 saat yuxuya vaxt ayırıram.».
2. Su və təzə meyvə tərəvəzlər.
Müğənninin fikrincə, gözəllik daxildən başlayır.
«Mənə elə gəlir ki, qəbul etdiyimiz qidalar dərinin vəziyyətinə təsir edir. Çoxlu su içməyə və təzə meyvə tərəvəzlər yeməyə üstünlük verirəm, hansıları ki, özümlə hər yerə aparıram», — 2016-cı ildə People jurnalında paylaşıb.
3. Spirtli içki və siqaretə qadağa.
Paparazilər müğənnini içki içərkən və ya siqaret çəkərkən yaxalaya bilməyiblər.
2018-ci ildə, Harper’s Bazaar jurnalına müsahibəsində nişanlısı bildirib ki, «O, içmir və siqaret çəkmir, sağlam həyat tərzi sürür».
4. Kofeinə yox.
JLo, səhərlər kofe içməyi sevsədə, kofeinsiz olana üstünlük verir.
«Üzün illərdir kofein içmirəm», — deyərək, 2016-cı ildə həftəlik Us Weekly jurnalına bildirib.
5.Genlər.
Elə şeylər var ki,bizdən asılı deyil,məsələn irsi olanlar. Baxmayaraq ki, müğənni inadla dərisinin parlaqlığını qorumaq üçün çalışır, həmçinin genetikanın rolunuda danmır.
«Deməliyəm ki, möhtəşəm genetikam var», — Today jurnalına bildirib. «Həm anamın həm nənəmin gözəl dərisi var idi, yəni bu, mənə verilən vergidir. Bu baxımdan bəxtim gətirib».
6. Meditasiya.
Lopez düşünür ki, söhbət gözəllikdən gedirsə, ağıl və bədən arasında bağlantı mövcuddur.
«Düşünürəm ki, gözəllik daxildən gəlir- ağıl bədən və ruhu sinxronlaşdırmaq lazımdır», — 2016-ci ildə lnStyle jurnalına söyləyib. «Mən meditasiyaya inanıram. Xöşbəxt, sevincli və aşıq olan insan gözəllik saçır».
2018-ci ildə Harper’s Bazaar jurnalına müsahibəsində bildirib ki, mantr pərəstişkarıdır və hər gün özünə: «Mən gəncəm və zamana tabe olmuram» söyləyir.
7. Məşqdən sonra yuyunma.
Çox məşq edərək və öz üzərində işləyərək, hər seansın sonunda dərini mütləq şəkildə təmizləyir və təravətləndirir.
«Hər məşqdən sonra mütləq yuyunuram» — 2016-cı ildə Hello jurnalına söyləyib. «Bu məsamələri təmiz, dərini isə sağlam saxlamağa kömək edir».
8. Yatmazdan öncə təmizlənmə.
Nə qədər yorğun olmağından asılı olmayaraq Jennifer dəri qulluğuna laqeid yanaşmır.
«Makiyajımı silmədən və dərini nəmli saxlamaq üçün gecə kremini çəkmədən yatmıram», — 2016-cı ildə People jurnalına söyləyib.
9. Günəşdən qorunma.
O, dərisini günəş şüalarından qoruyur və ” SPF-ə inanır”
«Çalışıram gündə çox qalmayım», — deyərək 2018-ci ildə lnstyle jurnalına bildirib. 2016-cı ildə People jurnalına müsahibəsində isə bildirib ki, hər gün gündən qoruyucudan istifadə edir.
10. Qlikol turşusu.
People jurnalına müsahibəsində Lopez bildirib ki, ” sağlam parlaqlıq və təmiz dəri üçün”, mütəmadi olaraq qlikol turşusundan istifadə edir.
Hər hansı bir yaşlanma əleyhinə SPF 30 tərkibli nəmləndirici krem və qlikol turşusu gündən qorunmaq üçün uyğundur.
11. Makiyaj.
Göstərişlər və xüsusi tədbirlər zamanı saatlarla qrim masasında oturmağına baxmayaraq, Lopez, dərisinin nəfəs almasına nəzarət edir.
2016-cı oldə lnStyle jurnalına müsahibəsində söyləyib ki,- «Gündəlik makiyaj etmək məsələsində olduqca özümü saxlayıram». «Yaradıcılığımla bağlı çox sayıda dekorativ kosmetika və qrimdən istifadə etmək məcburiyyətindəyəm, bu baxımdan işləmədiyim zamanlarda makiyaj etməməyə çalışıram».
Suallara cavablar:
Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.
2 saatdan sonra quru salfeti üzünüzə qoyun:
— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)
— Cuzi hiss olunan izlər —normal dəridir
— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.
— Salfetdə yağlı izlər – yağlı dəri
Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.
Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.
Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.
Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.
- Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
- Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
- Otaq temperaturunda olan su ilə yuyunun
- Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
- Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
- Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
- Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.
- Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
- Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
- Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
- Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
- Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
- Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
- Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
- Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
- Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
- Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.