65 yaşında necə 40 yaşında ki, kimi görünmək olar? Layma Vaykuledən gözəllik sirləri

65 yaşında necə 40 yaşında ki, kimi görünmək olar? Layma Vaykuledən gözəllik sirləri

Biz müğənninin həyat tərzinə "göz atmaq" istədik, və xahiş etdik ki, bizə adi günü necə keçirtdiyi hakkında danışsın.

Minlərlə sadiq dinləyicilərin sevimlisi, Rusiyanın xalq artisti Layma Vaykule 65 yaşında, 40 yaşda ki, kimi qalmağı bacarıb. İş burasındadır ki, tək genetika yox, peşakarcasına özünə qulluq və düzgün həyat tərzidə buna çox təsir edir. Cədvəldə, sevimli gözəllik ritualları, sınanmış pəhrizlər və ən təsirlisi fiziki gərginlik yer alıb.

9.00 – Hər gün səhər eyni saatda oyanıram, nə tez, nədə gec. Bu məni sistemləşdirir və tonusda saxlayır. Adətən həmişə birinci, bir stəkan təmiz su içirəm, və ondan sonra yuyunmağa gedirəm. Artist üçün-baxımlı üz çox önəmlidir, elə ona görə də mən buna xüsusi vaxt ayırıram. Həmişə gözəllik prosedurlarımı, dərimi köpüklə təmizləməklə başlayıram, bundan sonra miselyar suyundan istifadə edirəm və son olaraq gündəlik nəmləndirici kremini çəkirəm( hal hazırda “KEDMA” markasından istifadə edirəm). Və mənim mütləq olmazsa olmazım dodaq balzamım. Latviyanın bu cür küləkli havasında, dodaq nəmləndiricisiz mümkün deyil.

Qadınların çoxusu professional kosmetoloq qulluğuna laqeyd yanaşırlar, hələ şəxsi kosmetoloqun olmağından danışmıram, mənim var. Şəxsi kosmetoloqun əsas işi sadəcə dəri qulluğu hakkında individual məsləhətlər vermək deyil, həmdə vaxtında onlara müdaxilə etməkdir. Mənim həyat tərzimi nəzərə alsaq: səfərlər, konsertlər, hava və vaxt dəyişimi, sağlamlığımı və hazırki formamı nəzərə alsaq, vaxtsız qulluğun nəticəsində əlamətlərin artmağını gözləmədən qarşısını almaq lazımdır. Bu bizim hər şeyimizdir.


10.00 – İtlərimlə gəzdikdən sonra (muğənninin iki Fransız buldoqu var Emi və Buç), plan üzrə səhər yeməyi yeyirəm. Səhər yeməyim çox sadədir- yulaf əzməsi və çay. Kofe ümumiyyətlə içmirəm

12.00 – Səhər yeməyi və ev işlərindən sonra, məşqlərə və ya iş görüşmələrinə gedirəm. Sürücü ilə getməyi sevirəm,çünki həmin vaxt internetdə hansısa xəbərləri oxuya, doğmalarım və dostlarımla telefonla danışa, instagramda nəsə paylaşa bilirəm.

15.00 – Çalışıram yemək arasında eyni vaxt məsafəsi olsun. Bu aclıq hissinin olmamasına kömək edir və artıq qida qəbulunun qarşısını alır. Ümumiyyətlə əgər mənə artıq çəkini atmaq lazımdırsa, özümün 9 günlük pəhrizini saxlayıram: ilk üç günü ancaq düyü yeyirəm (soya sousu və ya ədviyyatlar əlavə etmək olar), növbəti üç günü ancaq toyuq yeyirəm(ən əsası ya buxarda ya sobada bişməlidir), və son üc gündə ancaq alma yeyirəm. Bu cür pəhriz, günə 1 kiloqram çəki atmağa komək edir.

17.00 – Nahardan sonra məşqlərim və iş görüşmələrim davam edir. Çalışıram iş görüşmələrimi gündüz edim axşama qədər saxlamayım, çünki mənim üçün lazımi qədər istirahət və yuxu çox önəmlidir. Onları qurban etməyə hazır deyiləm.

18.30 – Axşam yüngül şam edirəm. Çoxlu göyərti və tərəvəz yeməyə çalışıram, əti uşaqlıqdan yemirəm. Həmçinin un məmulatlarını, makaron və kartof yemirəm. Salatı tərəvəzə dəyişə bilərəm, lakin meyvə tərəvəz mövsümündə onları təzə halda yeyirəm.

20.00 – Məhsuldar günün sonunda saunada rahatlanmağı çox sevirəm. Çox sayda qoxulu yağlarım var: nanəli,sitruslu. Bu mənə tam şəkildə dincəldib, gündəlik qayğılardan uzaqlaşmağıma kömək edir. Əlbətə bu zaman mən üzümə də qulluq edirəm, səhər istifadə etdiyim kosmetika seriyasından istifadə edirəm. Bədən üçün isə özüm hazırladığım təbii skrablardan istifadə edirəm, çox vaxtı bu ya kofe ya bal ilə dəniz duzu skrabıdır.

21.30 – Hardasa 22.00−23.00 yatmağa uzanıram, ama yuxudan öncə heç olmasa serialın bir bölümünə baxmağı sevirəm.
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on twitter
Twitter

Suallara cavablar:

Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.

2 saatdan sonra quru salfeti üzünüzə qoyun:

— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)

— Cuzi hiss olunan izlər —normal dəridir

— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.

— Salfetdə yağlı izlər –  yağlı dəri

Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.

Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.

Daha ətraflı...

Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.

Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.

Daha ətraflı...

  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  •  Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Daha ətraflı...

  • Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
  • Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
  • Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
  • Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
  • Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
  • Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
  • Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
  • Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
  • Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
  • Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.

Daha ətraflı...

Adilə Məmmədova

kosmetoloq həkimi
ən yüksək kateqoriyadır

Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?

Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.

#AsthetikLab

Dəqiqələr içində dəyişim

Kosmetoloq köməyi ilə piqment ləkələrdən necə yaxa qurtarmaq olar?

Üzdəki ləkələr

Üz və  bədəndə sonradan yaranmış və ya irsi keçən piqment ləkələri, dəri altında melanin konsentrasiyasından yaranır. Çillər xarici görünüşə “şarm” versə də, yaşla bağlı piqment

Daha ətrafli »

ВАШ КОНТАКТ УСПЕШНО ОТПРАВЛЕН.
НАШ МЕНЕДЖЕР СВЯЖЕТСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ.

ƏLAQƏ UĞURLU SƏNƏN GÖNDƏRILDI.
BİZİM DƏYİŞİRƏMƏZƏ GƏNCƏK DƏFƏ SİZƏ ƏLAQƏ VAR.