Təcili kosmetoloqa yazılmaq üçün 5 ciddi səbəb

Təcili kosmetoloqa yazılmaq üçün 5 ciddi səbəb

Hansı hallarda kosmetoloqa müraciyət etməyinizi təxirə salmamaq hakkında danışacağıq.

Günümüzdə sağlam həyat tərzi və təbii gözəllik dəbdə olduğu üçün, bütün dünyada qadınlar kosmetoloqlara aktiv şəkildə müraciət edərək təbiətin onlara verdiyi gözəlliyi saxlamaq və dahada yaxşılaşdırmaq istəyirlər. Bu vəziyyətdə əsas odurki hər şeyi doğru edısiniz, çünki bəzi hallarda düzgün ev qulluğu yetərli olmaya bilər, və hər ay edilən kosmetoloji prosedurlar cibinizə uyğun olmaya bilər.

1. Göz altı torbalar

Gənc və ya daha yaşlı xanımların çoxusu bu problemdən əziyyət çəkirlər. Təəssufki, dəri altında yerləşən bu “piy torbaları” yaş keçdikcə dahada biruzə verilir. Lakin bununla barışmaq heçdə mütləq deyil. Onların korreksiyası üçün bir neçə effektli kosmetik üsullar var. Ən müasir üsul isə ultrasəs aparatı ilə aparılan prosedur sayılır. Xüsusi ötürücünün köməyi ilə, “piy torbalarının” ölçüsü azalır, kollagen və elastin liflərinin əmələ gəlməsi baş verərək dərinin möhkəmliyi artır. Bundan sonra mikroiynələr köməyi ilə molyar torbalar ərazisinda əlavə korreksiyalar olunur və gözə çarpacaq dəyişikliklər hiss olunur. Bu prosedur 1 qaydada 2 ilə qədər yetərlidir.

2. İkinci buxaq

Kosmetoloqa muraciyət etməyin digər təxirəsalınmaz səbəbi isə ikinci buxaqdır. İkinc buxaq çox vaxt artıq çəki yox irsi olaraq yaranır, və əgər bu sizdə varsa və siz arıqlamaq fikrindəsinizsə ikinci buxaq azalacaq lakin tamami ilə getməyəcək. Buna lokal piylənmə deyilir, və bu cür halnan mübarizədə daha effektli nəticəni kriolipolizlə əldə etmək olar. Bu xüsusi “-11” dərəcə donduran amerika texnologiyasıdır, və bunun nəticəsində orqanizmdə piy toxumalarının parçalanması baş verir. Bu prosedur 1 dəfə aparılır, və orqanizmdən 30% piy toxumaları gedir.

3. Qravital sallanma (toxumaların sallanması)

Yaş ötdükcə hər bir insanın üz toxumaları sallanmağa başlayır. 3 nov qocalma var: göz altı, burun-dodaq ətrafı, dodaq-çənə. Bu zaman sizə SMAS liftinq kömək edəcəck.

4. Hiperləkələnmə

Hiperləkələnmə zamanı yorğun və solğun dəriyə daha çox cərrahi yox kosmetoloji müdaxilə olunur. Lazerin köməkliyi ilə həkim-kosmetoloq ləkələnməni aradan qaldırır sonra xüsusi aparat vasitəsi ilə dərini daha hamar və təravətli edir. Və ən sonda mütəxəssis dərini gialuron turşusu və triqalazomla qidalandiraraq derma qatında kollagen və elastin zülallarının ifrazını sürətləndirir. Bu üsul indiki zamanda kosmetologiya sahəsində ən yeni və tələb olunan metod sayılır.

5. Gözə çarpan mimiki qırışlar

Mimiki qırışlar yaşla yanaşı aktiv mimikaların istifadəsi zamanı əmələ gəlir. Məsələn zəif görmə, iş gərginliyi, bu səbəbdən mimik qırışlar əmələ gəlir. Bu cür vəziyyətdə qırışlarla yanaşı onu yaradan səbəblərin üzərindədə işləmək lazımdır.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on twitter
Twitter

Suallara cavablar:

Üzünüzü hər zaman yuduğunuz yuyucu vasitəsi ilə yuyun. Bir neçə saat ərzində heçnə çəkməyin.

2 saatdan sonra quru salfeti üzünüzə qoyun:

— Ümumiyyətlə heç bir iz yoxdur — dəri quru və ya normaldır (dartılma hissi yoxdursa normaldır varsa -qurudur)

— Cuzi hiss olunan izlər —normal dəridir

— Alın, burun və buxaq nahiyyəsinə dəyən yerlərdə izlər varsa – kombinə olunmuş dəri.

— Salfetdə yağlı izlər –  yağlı dəri

Yüngül vasitələrdən istifadə edin (gel, krem-gel, köpük), hansılar ki, səthi təmizləyir, dəridə quruluqdan dartılma hissi yaratmır.

Kombinə olunmuş dərilərdə istifadə edilən sərt vasitələr, yanaqda quruluq yaradacaq, eyni zamanda T-nahiyyəsində piy ifrazını daha da aktivləşdirəcək.

Daha ətraflı...

Dərini yağlı və ya quru etməmək üçün təmizləyici vasitə “normal dəri üçün” , olmalıdır.

Köpük, krem-gel, musdan istifadə edin. Bunlar dərini qurutmadan təmizləyir. Əgər dəri normal və problemli deyilsə belə, yaxşı təmizlənmə tələb edir, məsamələri tıxamamaq və sızanaqları qıcıqlandırmamaq üçün.

Daha ətraflı...

  • Daha delikat, yuduqdan sonra dəridə quruluqdan dartılma hissi yaratmayacaq vasitələrdən istifadə edin.
  • Sərt yuyucu vasitələr isə kombinə olunmuş dərinin, quru yanaq nahiyyələrini daha da qıcıqlandıracaq,T nahiyyəsini isə daha çox yağlandıracaq.
  • Otaq temperaturunda olan su ilə yuyunun
  • Kombinə olunmuş dəriyə yüngül nəmləndirici kremlər uyğundur.
  • Əgər quru nahiyyələr çox hiss olunursa, sxem üzrə edin: bütöv üzə yüngül krem çəkin (gel/flüid), quru hissələrə isə əlavə olaraq qalın qatla yağlı qidalandırıcı krem çəkin.
  • Həmçinin həftədə 1-2 dəfə nəmləndirici maskalar edə bilərsiniz.
  •  Qulluq vasitələrini seçərkən “kombinə olunmuş və normal dəri üçün” olan vasitələri seçin.

Daha ətraflı...

  • Yağlı dərini mütəmadi olaraq təmizləmək lazımdır, lakin spirt, sabun və ya sərt yuyucu vasitələrlə qurutmaq olmaz.
  • Təmizləmə, bakteriyalarla mübarizə aparmaq, piy ifrazını tənzimləmək üçün gel və ya yağlı dəri üçün köpükdən istifadə olunmalıdır.
  • Yuyucu vasitələr dərini qurutmamalıdır, yoxsa dəri daha yağlı olacaq.
  • Normal temperaturlu su ilə üzünüzü yuyun-məsamələrin yığılmasına kömək edir (soyuq yox)
  • Sızanaqlar varsa, skrablardan istifadə etməyin.
  • Həmçinin yağlı dərini əlavə olaraq həftədə 1-2 dəfə maskalar və pilinqlərlə təmizləmək lazımdır.
  • Çox zaman yağlı dəri- susuz dəridir. Buna görə də, onu nəmləndirmək və qidalandırmaq lazımdır, epidermis qatının yenilənməsini ləngitməmək üçün.
  • Çünki bu cür hal məsamələrin tıxanmasına, qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb yaradır.
  • Dərinin çox yağlanmasından qorxursunuzsa, yüngül tərkibli nəmləndirici kremlərdən və ya krem gellərdən istifadə edin.
  • Yağlılıq çox olan nahiyyələrə minimum dərəcədə vasitədən istifadə edin.

Daha ətraflı...

Adilə Məmmədova

kosmetoloq həkimi
ən yüksək kateqoriyadır

Ödənişsiz 3D üz
diaqnostikası istəyirsiniz?

Həkim-kosmetoloq tərəfindən
konsultasiya+seçim üzrə PULSUZ prosedur!
Yazılmaq üçün əlaqə nömrəsini qeyd edin.

#AsthetikLab

Dəqiqələr içində dəyişim

Kosmetoloq köməyi ilə piqment ləkələrdən necə yaxa qurtarmaq olar?

Üzdəki ləkələr

Üz və  bədəndə sonradan yaranmış və ya irsi keçən piqment ləkələri, dəri altında melanin konsentrasiyasından yaranır. Çillər xarici görünüşə “şarm” versə də, yaşla bağlı piqment

Daha ətrafli »

ВАШ КОНТАКТ УСПЕШНО ОТПРАВЛЕН.
НАШ МЕНЕДЖЕР СВЯЖЕТСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ.

ƏLAQƏ UĞURLU SƏNƏN GÖNDƏRILDI.
BİZİM DƏYİŞİRƏMƏZƏ GƏNCƏK DƏFƏ SİZƏ ƏLAQƏ VAR.